Naxçıvan MR Dini Qurumlarla İş üzrə İdarəsi tələbələrə hamilik edəcək
Tarix: 11.11.2015 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin Tərcümə (ərəb – Azərbaycan dilləri) ixtisası üzrə tələbələri ilə görüşü keçirilib. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent Qurban Qurbanlı görüşü açaraq muxtar respublikada ali təhsilin inkişaf səviyyəsindən, tədrisin müasir səviyyədə qurulması istiqamətində görülən işlərdən bəhs edib. Dekan, rəhbərlik etdiyi fakültənin universitetin ən gənc fakültəsi olması, buradakı ixtisaslar, Şərq dilləri və ədəbiyyatı kafedrası haqqında məlumat verib. Qeyd olunub ki, 2015-ci il 27 iyul tarixli Sərəncam muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssiləri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığın möhkəmlənməsi, regionda kadr potensialının formalaşması, müəyyən sahələrdəki kadr qıtlığının aradan qaldırılması, mütəxəssislərin iş yerləri ilə təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxışında vurğulayıb ki, Azərbaycanda olduğu kimi, muxtar respublikada da dini tolerantlıq mövcuddur, dini bayramlar və ayinlər burada yüksək səviyyədə qeyd edilir, ziyarətgah və məscidlər təmir və ya bərpa olunaraq əhalinin ixtiyarına verilib. Muxtar respublika ərazisində 209 məscid, 16 dini icma, 750 din xadimi fəaliyyət göstərir. 2014-cü il avqustun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Muxtar Respublikada dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsi, multikulturalizm və dövlət-din münasibətlərinin daha dolğun tənzimlənməsi məqsədilə multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Muxtar Respublikada İslam dini üzrə ixtisaslı kadrların hazırlanması üçün 2015-ci ildə “Naxçıvan” Universitetində dinşünaslıq ixtisası açılıb. Qeyri-İslami icmalar olmayan muxtar respublikada da radikal və dini nifrət yayan cərəyanlara, qondarma dini təriqətlərə, zərəli dini ideyalara qarşı mübarizə məqsədilə maarifləndirmə işləri aparılır, bu işə gələcəyin şərqşünaslarının da cəlb olunması zəruridir. Vüqar Babayev tələbələrin muxtar respublikaya gətirilən, Şərq dillərində olan şübhəli nəşrlərin ekspertizasına cəlb olunması, Dini Qurumlarla İş üzrə İdarənın əməkdaşları ilə görüşlərin təşkil olunması, Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı görüləcək digər işlər barədə məlumat verib, müəllim və tələbələrin suallarını cavablandırıb.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri












 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info