Tələbələr Birliyi ölkə başçısına təşəkkür etdi
Tarix: 11.11.2015 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbələr Birliyi ölkə başçısı İlham Əliyevin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Sərəncamını yüksək qiymətləndirir. Birlik hesab edir ki, bu sərəncam ölkəmizdə tələbələrin ali və orta-ixtisas təhsil müəssisələrində motivasiyalarının yüksəlməsinə və onların peşəkar kadr kimi yetişməsinə çox böyük kömək olacaq.
Birliyin sədri Elvin Aslanov da sərəncamla bağlı bizə öz fikirlərini bildirib: “Artıq heç bir kəsə sirr deyil ki, bütün dünyanı iqtisadi böhran bürüyüb. Neft qiymətləri kəskin azalır. Təbiidir ki, bu da bizim iqtisadiyyatımıza təsir edir. Bunu cənab Prezident də öz çıxışlarında qeyd edir. Amma, bütün bunlara baxmayaq cənab Prezident dünən imzaladığı sərəncamla ölkəmizdə bütün tələbələrə ürəkdən inandığını və ölkəmizin gələcəyinin onlarla bağlı olduğunu göstərdi. Sərəncamın dövlət sifarişi ilə, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq bütün tələbələri əhatə etməsi bizə onu deməyə əsas verir ki, bu Azərbaycan ali və orta-ixtisas təhsil sistemində yeni bir mərhələnin başladığının təzahürüdür. Cənab Prezidentin bu məqamda tələbələri düşünməsi və belə bir qərar qəbul etməsi, təbiidir ki, biz tələbələrin qarşısında da ciddi vəzifələr qoyur. Ən əsası ölkəmizin gələcəyinə yararlı kadr kimi yetişmək üçün öz təhsilimiz və şəxsi inkişafımız üzərində ciddi çalışmalıyıq. Unutmamalıyıq ki, bizim əsas vəzifələrimizdən biri də dövlətçiliyimizi qorumaq və Azərbaycanın inkişafı üçün səylərimizi əsirgəməməkdir. Mən həm Azərbaycan Tələbələr Birliyi adından, həmçinin, ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan yüz minlərlə tələbə adından cənab Prezidentə təşəkkür edir və əmin etmək istəyirəm ki, tələbələr onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni edəcəklər”.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info