Fikrət Yusifov: “Sosial məsələlər Prezidentin həmişə diqqətindədir”
Tarix: 11.11.2015 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Ölkə Prezidentinin noyabr 10-da imzaladığı sərəncamla “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü ildə imzalanmış müvafiq Sərəncamında dəyişikliklər edildi. Bu dəyişikliklərin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək üçün təhsil alanlar arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaqdan ibarətdir. Mütəxəssislərimiz də ölkə başçısının bu sərəncamını yüksək qiymətləndirir, təhsilin inkişafında önəmli addım olduğunu, tələbələrin sosial müdafiəsində mühüm əhəmiyyət kəsb etdiyini deyirlər.
Prezidentin sərəncamını şərh edən “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov qeyd etdi ki, ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi və müvafiq olaraq keyfiyyətli kadr hazırlığı indiki dönəmdə xüsusi həmiyyət kəsb edən məsələdir: “Digər tərəfdən, yeni qaydalar mahiyyət etibari ilə həm də sosial yönümlü qaydalardır. Onların tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı verəcəkdir ki, bu da öz növbəsində aztəminatlı ailələrdən olan gənclərin təhsil alması üçün mövcud şəraitin yaxşılaşdırılmasına yönəlmiş dövlət qayğısı deməkdir. Bu addım eyni zamanda qaçqın və məcburi köçkün ailələrindən, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələrin də sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənib”.
F.Yusifov hesab edir ki, Prezidentin bu və bu sıradan olan digər sərəncamları dünya bazarlarında neftin qiymətlərinin iki dəfədən çox aşağı düşməsinə baxmayaraq Azərbaycan hökumətinin ozünün sosial siyasətində hər hansı dəyişiklik etmədiyini göstərir: “Əksinə, bu dövrdə dövlətin sosial layihələri uğurla icra olunur, dövlət başçısının müvafiq sərəncamları nəinki ayrı-ayrı sosial tədbirlərə büdcədən əlavə vəsait ayrılmasını nəzərdə tutur, eyni zamanda, büdcə gəlirlərinin bir qismindən imtina edilməsi yolu ilə əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına istiqamətlənir. Hökumətin bu addımları onun sosial siyasətinin dayanıqlı olmasından və bundan sonra da davamlı olacağından xəbər verir. Bütün bunlar ölkə başçısının sön dövrlərdəki çıxışları zamanı sosial proqramların heç nədən asılı olmayaraq reallaşdırılacağına dair səsləndirdiyi fikirlərin təsdiqidir".

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info