“Azərbaycan dövlətçilik tarixində konstitusiyanın rolu” mövzusunda konfrans
Tarix: 11.11.2015 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbələr Birliyində Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan dövlətçilik tarixində konstitusiyanın rolu” mövzusunda konfrans keçirilib. Hüquqşünas tələbələrin, gənc elmi işçilərinin və QHT nümayəndələrinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi Konstitusiyanın hüquqi dövlətimizin qurulmasındakı rolu, əhəmiyyəti və təbliği yolları barədə müzakirə etmək, habelə gələcək üçün yeni hədəfləri müəyyənləşdirmək idi. Tədbirdə əsas müzakirə obyekti Azərbaycan dövlətçiliyi tarixində mövcud olan konstitusiyalar və bu günkü konstitusiyamızı fərqləndirən cəhətlər olub. Belə ki, 20 il bundan öncə qəbul edilmiş son Konstitusiyamızın üstünlükləri, orada insan hüquq və azadlıqlarına geniş yer ayrılmasına xüsusilə toxunulmuş, onun əvvəlki konstitusiyalarımızdan köklü şəkildə fərqləndiyi barədə söhbət açılıb.
Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bəzi tələbə-gənclərin Konstitusiya və onun həyatımızdakı rolundan xəbərsiz olduğunu vurğulayaraq, bu ali sənədin öyrənilməsi üçün ciddi işlərin görülməsinə ehtiyac olduğunu qeyd edib. O, bu sahədə elmi işlərin hazırlanmasına, jurnalist araşdırmalarına, televiziya proqramlarına və digər maarifləndirici tədbirlərə ehtiyac olduğunu xüsusi vurğulayıb.
Sonda Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş videoçarx da nümayiş olunub.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır
24.05.2019
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən 96 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info