“21-ci əsrin əsas xammalı neft yox, su olacaq”
Tarix: 12.11.2015 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


“21-ci əsrin əsas məsələsi resursların tükənməsi yox, onların
kimin nəzarətinə keçməsi olacaq”


Çexiyanın "Ceska Pozice" media qurumunda müəllif Jan Sochor dünyada resurslar uğrunda mübarizəyə aid maraqlı yazı yazıb. Yazıda belə qeyd edilir: “Mədən yanacağı erası elə-belə bitməyəcək. İnsanlar resurs əldə etmək üçün daha dərinliklərdə axtarış aparacaq və yeni texnologiyalara baş vuracaq. 21-ci əsr hazırda qalan resurslar uğrunda mübarizə əsridir. Bizim planetlə, o cümlədən, resursların yetərliliyi ilə bağlı müasir mübahisələr, tez-tez Qiyamətlə bağlı əvvəlcədən deyilənləri xatırladır. 21-ci əsr su, neft və tükənməkdə olan digər resurslar uğrunda mübarizə əsri olacaq. Neft bumundan sonra mis, dəmir, sink, təbii qaz - bütün digər resursların hamısının erası başlanacaq. Boşalmış planet postapokaliptik elmi fantastikadan səhraya çevrilmiş olacaq.

İki əsr bundan öncəki Tomas Maltus nəzəriyyəsinin tərəfdarları belə qeyd edirlər: “İnsan populyasiyasının artması resursların tükənməsinə və onun mövcudluğunun minimuma enməsinə aparır”. Amerikan alim Robert Dunkanın fikrincə, neft hasilatının həcminin azalması sənaye inqilabının sonunu gətirəcək və bir neçə milyon il bundan öncə Tanzaniyada həyat keçirən insanların həyat tərzini yenidən dünyada bərqərar edəcək. Bu son artıq 2025-ci ildə baş verməlidir. Amma bəzi alimlər və iqtisadçılar bu cür bədbin proqnozu inkar edirlər. Onlar vəziyyətdən çıxış yolunu innovasiya və yeni texnologiyalarda görürlər. ABŞ-da 70-ci illərdə neft hasilatının azalacağını proqnozlaşdıran neft nəzəriyyəsi indiyə qədər aktuallığını qoruyurdu, amma şist hasilat ortaya çıxandan sonra bu aktuallıq itdi. Neft ehtiyatları hasilatı ilə bağlı proqnozlar daim yenilənir. Məsələn, bu gün üçün neft ehtiyatları bizə təxminən 27 ilə yetəcək. Amma bir neçə ildən sonra bu proqnoz dəyişə bilər. Neft yetərincə var, amma o, sərfəli olmayan dərinliklərdə və texnologiyanın gücü çatmayan yerlərdə olduğu üçün hesaba alınmayıb. Səudiyyə Ərəbistanının neft üzrə sabiq naziri Əhməd Zəki Yamani dediyi kimi, “daş əsri daş bitdiyinə görə bitməyib”. Belə bir halda, 21-ci əsrin əsas məsələsi resursların tükənməsi yox, onların kimin nəzarətində olması olacaq”.

Arktika müharibəsi
Gözlənilir ki, 2050-ci ildə dünyada insanların sayı 9,5 milyard nəfərə çatacaq: “Belə ki, insan nəslinə yeni “Afrika” və “Çin” əlavə olunacaq. Tələbat 35 faizdən çox artmış olacaq. Günü 5 dollardan aşağı yaşayan dünyadakı 4 milyard nəfər insan həmişə bu cür yaşaya bilməz. Yeni texnologiyalar bizə daha təmiz, effektiv və qənaətli ehtiyatlar tapmağa kömək edəcək. Amma dövlətlər bu mənbələrin maksimal sayı uğrunda rəqabətə girəcəklər. “Bu isə o deməkdir ki, torpağın, dənizin dərinliklərində yerləşən mənbələr uğrunda da rəqabət başlayacaq”. Bu barədə isə ABŞ ticarət nazirliyində məsləhətçi olan Daniel Makqroati bildirir. Onun sözlərinə görə, xalqlar arasında müharibə başlayan regionlar olacaq: “Birinci növbədə, söhbət okeanlar və dənizlərlə sərhədləri olan regionlardan gedir. İlk növbədə, hər şeydən vacib neft və təbii qaz olacaq, amma tezliklə ilk planda mineral resurslar duracaq.

“2040-cı ilə qədər daimi su çatışmazlığı hiss edən insanların sayı 780 milyon nəfərə çatacaq. 25 ildən sonra isə su çatışmazlığı olan bölgələrdə dünya əhalisinin 43 faizi
yaşayacaq”


Təsadüfi deyil ki, məhz sahilyanı dövlətlər geopolitik gərginlik mənbəyidirlər. Məsələn, Çin və Yaponiyanın adalarla bağlı mübahisəsi və sair. Əslində, rəsmən hər şey millətçilik səbəbləri üzərində qurulub. Bundan başqa Arktika da mövcuddur. Şimal ucqarda olan buz səhrasında yalnız ağ ayılarla qarşılaşmaq olar. Amma ora son illər “arktik” dövlətlərin maraqlarına səbəb olub. Rusiya, ABŞ, Norveç, Danimarka və Kanada bu ərazilərə böyük maraq göstərir. Arktika siyasəti əsasən, ruslar üçün prioritetlərdən birini təşkil edir. Qiymətləndirmələrə görə, Arktika dünya neft ehtiyatının 15, qaz ehtiyatının isə 30 faizini özündə gizlədir. Burada Şimal Buzlu Okeanına ticarət yolu da böyük rol oyanyır ki, bununla dünyanın bir başından o biri başına yüklərin daşınması asanlaşa və sürətlənə bilər. Tamamilə aydındır ki, gələcəkdə resurslar özü silaha çevriləcək. Bu, neftin qiymətinin son ildə 100 dollardan 50 dollara düşməsi ilə də görünür. Neftlə bu qorxulu oyunu onun dünyada ən böyük hasilatçısı Səudiyyə Ərəbistanı oynayır. Onun tərəfindən bu, təkcə digər istehsalçılarla mübarizə yox, həm də neft sahəsində ağalıq uğrunda mübarizədir.
Səudiyyə Ərəbistanı qorxur ki, klimatik dəyişikliklər və neft qiymətərinin yüksək olması, alternativ mənbələrə keçidi sürətləndirər və bununla da onun neft ağalığının sonu çatar”.

Mavi qızıl
Yazıçı Mark Tven haçansa demişdi ki, viski içilmək, su isə uğrunda mübarizə aparmaq üçündür: “Onun bu fikirləri bu gün daha aktualdır. Bu gün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin illik məruzələrində su və kənd təsərüffatı gəlirləri uğrunda məlumatlar yer alır. Bu qiymətləndirmələrə görə, 2040-cı ilə qədər daimi su çatışmazlığı hiss edən insanların sayı 780 milyon nəfərə çatacaq. 25 ildən sonra isə su çatışmazlığı olan bölgələrdə dünya əhalisinin 43 faizi yaşayacaq. Beləliklə, 21-ci əsrin əsas xammalı neft yox, su olacaq.
Su resurslarının tükənməyə başlaması dövlətləri aqressiv siyasətə məcbur edir. Bu, ilk növbədə, öz aralarında çay hövzələrini bölən dövlətlərə aiddir. Dünyada belə regionların sayı 263-dür, onlarda dünyadakı şirin suyun 60 faizi var”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info