Rusiyadan Ermənistana pul köçürmələri 38 faiz azalıb
Tarix: 12.11.2015 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Baqrat Asatryan: “Gələn il ölkədə yoxsulluğun səviyyəsi daha 2 faiz artacaq”

Hələ bir müddət əvvəl erməni iqtisadçı Qaqik Torosyan Ermənistana xaricdən pul köçürmələrinin dayandırılacağı təqdirdə ölkədəki yoxsulluq səviyyəsinin 23,5 faizdən 31 faizə qədər qalxa biləcəyi barədə xəbərdarlıq etmişdi. Deyəsən, ehtimallar özünü döğrultmaqdadır.
Məlumatlara görə, Ermənistan əhalisi üçün əsas gəlir mənbəyi olan xaricdən pul köçürmələri bu il fəlakətli həddə çatıb. Bunu ölkədə fəaliyyətdə olan kommersiya banklarının xaricdəki fiziki şəxslər tərəfindən qəbul etdikləri pulun miqdarı da təsdiq edir. Bu ilin yanvar-sentyabr aylarında ölkəyə pul köçürmələri təxminən 426 milyon dollar (32,2 faiz) azalıb. Yəni, ölkə, pul köçürmələrinin demək olar ki, üçdə bir hissəsindən məhrum olub. Hətta xaricdən olan transfert ümidinə qalan bəzi ailələr Rusiyanın ermənistanlı miqrantlara məhdudiyyət tətbiq etməsi ilə bağlı tamamilə bu gəlirdən məhrum olublar. Cari ilin 9 ayı ərzində Rusiyadan olan transfertlər illik hesabda 38 faiz azalıb. Bu azalmaya baxmayaraq, Ermənistana olan pul köçürmələrində Rusiyanın ümumi payı 76 faizdən çox olaraq qalır. Belə görünür ki, Ermənistanda Rusiyada yaranmış vəziyyətin tezliklə aradan qalxacağına ümidlər getdikcə azalmaqdadır. Ermənistana bütün ölkələrdən daxil olan pul köçürmələri ABŞ istisna olmaqla, demək olar ki, xeyli azalıb. Təkcə ABŞ-dan Ermənistana göndərilən pul köçürmələrinin həcmi artaraq 12,7 milyon dollar təşkil edib.

Pul köçürmələrindəki azalma əhalinin alıcılıq qabiliyyətininin azalmasına və ümumilikdə ölkə iqtisadiyyatı üçün mənfi nəticələrə gətirib çıxarıb

Təxmini hesablamalara görə, yanvar-sentyabr aylarında ölkəyə pul köçürmələrinin həcmi 428.6 milyard dram təşkil etsə də, illik hesablamalarda bu 115 milyard drama qədər azalıb. Erməni iqtisadçılarının etirafına görə, əgər bu ərəfədə Ermənistanda dollar möhkəmlənə bilməsəydi, o zaman ölkədəki tənəzzülün miqdarı daha böyük ola bilərdi. Pul köçürmələrindəki azalma əhalinin alıcılıq qabiliyyətinin azalmasına və ümumilikdə ölkə iqtisadiyyatı üçün mənfi nəticələrə gətirib çıxarıb. Levon Ter-Petrosyanın hakimiyyəti dövründə Ermənistan Mərkəzi Bankının rəhbəri olmuş Baqrat Asatryanın fikirlərinə istinad edən “News.am” saytı yazır ki, gələn il ölkədə yoxsulluğun səviyyəsi daha 2 faiz artacaq. Xatırladaq ki, Baqrat Asatryan keçirdiyi mətbuat konfransında qarşıdakı ildə Ermənistan üçün o qədər də uğurlu olmayacağı barədə proqnozlar verib. 2016-ci il üçün Ermənistanın dövlət büdcəsi layihəsinə toxunan sabiq bankir yaranmış vəziyyətdən çıxış yolu kimi, ölkədə daxili borcu artırmağın vacibliyini tövsiyə edib: “Dövlətin öz xalqına borcu, əlbəttə, başqasının borcundan daha effektlidir”. 2016-ci il üçün Ermənistanın dövlət büdcəsində sosial xərclər üçün nəzərdə tutulmuş 5,8 faiz artımı nağıl adlandıran Asatryan, əslində ümumi sosial xərclərin yalnız 3,8 faiz ola biləcəyini, bunun isə pensiyaların artırılmasına heç bir təminat vermədiyini bəyan edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info