Azərbaycan Dövlət İqtisad Universitetində “Elm günləri”nə başlanılıb
Tarix: 12.11.2015 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Dünya Elm Gününə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr olunan “Elm günləri”nə başlanılıb. ADİU-dan bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Ədalət Muradov “Elm günləri”nin universitetdə elmi tədqiqatların stimullaşdırılması məqsədi ilə atılan addımlardan biri olduğunu diqqətə çatdırıb.
Tədbirin, həmçinin AMEA-nın 70 illik yubileyinə həsr edildiyini vurğulayan rektor bildirib ki, bu münasibətlə ADİU-nun gənc tədqiqatçıları və tələbələri arasında elmi məqalə müsabiqəsi elan edilib. Tədbirin sonuncu günü müsabiqəyə yekun vurulacaq, qaliblər mükafatlandırılacaqlar. Ə.Muradov ötən dövr ərzində ADİU-da elmi tədqiqat infrastrukturunun yaradılması istiqamətində atılan addımlardan danışıb. Qeyd edilib ki, universitetdə bir neçə elmi tədqiqat laboratoriyası yaradılıb. İndi həmin laboratoriyalarda məhsuldar işləyə biləcək tədqiqatçıları seçirik. ADİU-da elmi fəaliyyətin stimullaşdırılması yönündə atılan addımlardan söz açan rektor ölkə ali təhsil müəssisələri arasında ilk dəfə differensial əməkhaqqı sisteminə keçiddən danışıb. Onun sözlərinə görə, yeni sistem şərait yaradır ki, müəllimlərin elmi tədqiqatlarına uyğun olaraq, əməkhaqqılarına əlavələr edilsin. Sistemə əsasən müəllimlərin məvacibi iki dəfə artırıla bilər. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı rolundan söz açıb. AMEA-nın tarixinə qısa nəzər salan İ.Həbibbəyli akademiyanın inkişafında rolu olan alimlərdən danışıb. Qeyd edib ki, elm tarix boyu cəmiyyətin inkişafında böyük rol oynayıb. Hansı ölkədə elm yüksək səviyyədə inkişaf edibsə orada dövlətçilik də, cəmiyyət həyatının digər sahələri də həmişə öndə olub. Elmin öyrənilməsində müəllimlərin rolu əvəzsizdir. Sonra ADİU-nun İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu direktorunun müavini, professor Rövşən Quliyevin “Elmin iqtisadi inkişafda rolu” mövzusunda məruzəsi dinlənilib. Qeyd edək ki, “Elm günləri” müasir cəmiyyətdə iqtisad elminin əhəmiyyəti barədə plenar iclaslarla davam etdiriləcək. İxtisas kafedralarında tematik “dəyirmi masa”lar, həmçinin tanınmış alimlərlə görüşlər və elmi mühazirələr də təşkil ediləcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info