Qaz çəkilişi ilə bağlı texniki şərtləri “ASAN xidmət” verəcək
Tarix: 12.11.2015 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Cari ilin noyabr ayının əvvəlindən başlayaraq fərdi yaşayış evlərinin (mənzillərin) və qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılmasında layihə-smeta sənədlərinin hazırlanması məqsədilə verilən texniki şərtlərdə qoyulan mövcud şəbəkənin gücləndirilməsi tələbi və həmin işlərin icrası üçün nəzərdə tutulan müvafiq ödənişlər ləğv olunub.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, eyni zamanda 2016-cı ilin yanvar ayının 1-dən başlayaraq texniki şərtlərin verilməsi “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Bu məqsədlə hazırda Birliyin müvafiq şöbələri ilə “ASAN xidmət” tərəfindən artıq lazımi işlərin görülməsinə başlanılıb. Texniki şərtin hazırlanması və “ASAN xidmət” mərkəzləri tərəfindən verilməsi qaydaları barədə vətəndaşlara əlavə məlumat veriləcək. Qeyd edək ki, yeni qaydalara əsasən fərdi yaşayış evlərinin (mənzillərinin) qaz qurğularının ümumi saatlıq qaz sərfi 10 m3-ə qədər olduqda texniki şərtlərin verilməsi nəzərdə tutulmur. “Azəriqaz” vətəndaşların düzgün məlumatlandırılması məqsədilə nəzərə çatdırır ki, dövlət proqramında qazlaşdırılması nəzərdə tutulmayan yaşayış ərazilərinin və fərdi yaşayış evlərinin qazlaşdırılması üçün layihə sənədlərinin hazırlanması, tikinti-quraşdırma işlərinin icrası vətəndaşların öz vəsaiti hesabına xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə Qaydaları”nın, Tikinti Norma və Qaydalarının tələblərinə uyğun olaraq vətəndaşların öz vəsaiti hesabına aparılmış qazlaşdırılma işlərinin texniki-icra və layihə sənədləri tikinti təşkilatları tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə təqdim olunduqdan, müvafiq qaydalara uyğun olaraq qazın alqı-satqısı müqaviləsi bağlandıqdan sonra yaşayış sahələrinə təbii qazın verilməsi təmin edilir. Qeyd edək ki, fərdi yaşayış evlərində quraşdırılan “G-4” tipli qaz sayğacları “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ödənişsiz təmin olunur.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Səyyar “ASAN xidmət” əhaliyə xidmətini davam etdirir
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info