“Dolların manata nəzərən məzənnəsində ciddi dəyişiklik baş vermir”
Tarix: 12.11.2015 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


ABŞ dollarının manata nəzərən məzənnəsində ciddi bir dəyişiklik baş vermir. Bu barədə “Trend”in son günlər dolların məzənnəsinin artması ilə əlaqədar sorğusuna cavab olaraq, Azərbaycan Mərkəzi Bankından (AMB) bildiriblər. Qeyd olunub ki, dəyişiklik daxili valyuta bazarında gedən proseslərlə əlaqədar deyil.
Daxili valyuta bazarında vəziyyət tam nəzarət alıtındadır və tələb-təklif tarazlığı təmin olunur. Sadəcə, Mərkəzi Bank tərəfindən məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi çərçivəsində həyata keçirilməsi ilə əlaqədar beynəlxalq valyuta bazarında avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklər qismən milli valyutanın məzənnəsinə ötürülür. Bankdan deyilib ki, son günlər ərzində dünya bazarında ABŞ dollarının avroya qarşı məzənnəsinin yüksəlməsi müşahidə edilir. Bu əsasən onunla izah edilir ki, Avropa Mərkəzi Bankı monetar genişlənmə proqramının həyata keçirilməsini davam etdirdiyi şəraitdə ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən əsas faiz dərəcəsinin yüksəldiləcəyi ehtimalı ilə bağlı məlumatlar yayılıb. Dünya bazarında müşahidə edilən bu proseslər fonunda manatın ABŞ dollarına qarşı məzənnəsində də yumşaq gündəlik dəyişmə baş verib. AMB-dən bildiriblər ki, bir müddət əvvəl isə bu prosesin əksinə olaraq, dünya valyuta bazarlarında ABŞ dollarının məzənnəsinin avroya qarşı zəifləməsi nəticəsində ölkəmizdə də bu xarici valyutanın manata qarşı məzənnəsində ucuzlaşma müşahidə olunmuşdu: "Belə ki, dolların manata qarşı rəsmi məzənnəsi bu il sentyabrın 15-də hətta 1,0469-dək ucuzlaşmışdı. Yəni normal bazar prosesi baş verir. O ki qaldı valyutadəyişmə məntəqələrinə, Mərkəzi Bank tərəfindən valyuta qanunvericiliyinə, o cümlədən valyuta bazarında nağd alqı-satqı məzənnələrinin müəyyənləşdirilməsi üzrə mövcud tələblərə riayət olunması daim diqqət mərkəzində saxlanılır".




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info