Radikal-ekstremistlərin “səmimiyyəti”
Tarix: 12.11.2015 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Hər hansı dindarın əməli əsasən mənəvi saflaşmaya, imanın kamilləşməsinə yönəlməlidir. Özlərini "dindar" adlandırıb siyasi ambisiyalar uğrunda mübarizə aparanların əməli radikalizmə xidmətdir. Sabunçuda baş verənlər göstərdi ki, kimlərsə Azərbaycanda radikalizm toxumunu səpmək istəyir. Bu zaman saxlanılanlar və onlara qahmar çıxanlar özləri də bilmədən təsir altına düşüblər. Əslində, onlar dinin və inancın təsiri altına düşsə idilər bu, çox müsbət hal olardı.
Çox təəssüf ki, onlar xarici qüvvələrin dindar- marketoloqlarının təsiri altına düşüblər. Üzləri də, qəlbləri də onlara tərəfdir. Sanki imanları da satın alınıb. Bir neçə gündür ki, geyim və əməllərinə dini model verib, siyasi çıxışlarla gündəmə gəlmələri ilə özlərini ifşa edilər. Bəzən radikal müxalifətin onları dəstəkləməsi və ya onların radikal müxalifətin tədbirlərində iştirak etməsi də buna bariz nümunədir. Din pərdəsi altında iğtişaş yaratmaq istəyən bir qrup radikal-ekstremist ruhlu şəxslərin hərəkətləri ölkə ictimai tərəfindən də mənfi qarşılanır. Bu məsələ ilə bağlı Strateji Araşdırmalar İnstitutunun direktoru, Ramiz Alıyev bizimlə söhbətində dedi ki, ölkəmizdə olan bütün inanclı insanlar həmin radikal-ekstremist qruplara və onlara qoşulanlara öz qəti etirazını bildirməlidirlər: “Bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilən və məhkəmənin qərarı ilə həbs olunan radikal-ekstremistlərin dini baxışlarına görə həbs olunmasını düşünənlər, kimə və nəyə xidmət etdiklərini özləri də bilmir. Onlar düşünsələr görərlər ki, bu gün ölkəmizdə nəinki İslam dininə sitayiş edənlər, hətta digər dinlərə sitayiş edənlər də müstəqil formada öz ayinlərini, ibadətlərini həyata keçirirlər. Belə olmasaydı dünyanın bütün dini liderləri Azərbaycanın adını ən tolerant ölkələr sırasında çəkməzdilər. Bütün dünya ölkələri Azərbaycanda olan tolerantlığın, multikulturalizmin digər ölkələrdə də olmasını arzulayırlar. Ona görə ki, ölkəmizdə bütün dinlərə eyni münasibət və qayğı var. Baxmayaraq ki, Azərbaycanda əhalinin 90 faizindən çoxu müsəlmandır və İslam dininə sitayiş edir. Bütün bu dünyəvi siyasəti bəzi ölkələr və beynəlxalq dairələr qısqanclıqla qarşılayır və həzm edə bilmirlər”.
SİA direktorunun sözlərinə görə, ölkəmizdə İslam dininə sitayişdə bəzi ölkələrdə olduğu kimi, fanatikcəsinə deyil, əsl İslama yaraşan formada ibadət olunur: “İbadət və müqəddəs yerlər ölkə rəhbərliyi səviyyəsində diqqət və qayğı ilə əhatə olunur. Ancaq təəssüflər olsun ki, xaricdən idarə olunan bəzi radikal-ekstremist qüvvələr bütün bu tolerant siyasəti həzm edə bilmir və ölkədə qarışıqlıq yaradıb məqsədlərinə çatmağa çalışırlar. “İŞİD”ə qoşulmaq üçün buradan adamlar göndərməklə, digər ölkələrdə olan din xadimlərinə sitayiş etməklə İslam dininə “sadiq” olduqlarını insanlara göstərmək istəyən bu qrup insanlar anlamır ki, Azərbaycan dövləti və hüquq-mühafizə orqanları olduqca güclü və bütün təxribatlara sinə gəlməyə qadirdir”.
Ramiz Alıyevin fikrincə, inanclı insanlar ətrafdakılara nümunə olmalıdırlar: “Sadəcə olaraq bir məsələni anlamaq lazımdır ki, hansı dinlə məşğul olursan ol, hansı dinə sitayiş edirsən et, amma dövlətçilik əleyhinə işlər görmə, dinə aid olmayan siyasətə qoşulma, qanunla qadağan olunan proseslərdə iştirak etmə! Əgər, həqiqətən, dinlə məşğul olursansa, otur dini-elmi araşdırmalar apar, dinin özəlliklərini öz din yoldaşlarına qanun icazə verdiyi formada təbliğ elə və s. Ümumiyyətlə, İslam dini dünyanın ən zəngin dinidir və ona mənsub olan müqəddəs kitabımız “Qurani-Kərim” ən dəyərli dini kitabdır. O Kitabda yazılmayıb ki, din adı altında qeyri-qanunu işlərlə məşğul olmalısan! Sadəcə olaraq bu Kitabı dərindən oxuyub orada yazılanları dərk etmək lazımdır. Fanatikcəsinə hərəkətlər etmək olmaz, çünki İslam böyük bir elmi məktəbdir!”.
İbadət hansısa din xadimi və ya ölkə xatirinə olmur. İbadət Allah xatirinə olmalıdır. Allaha münasibətdə səmimi olun!
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info