Sərnişindaşıma sahəsində monitorinqlərə başlanılıb
Tarix: 12.11.2015 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


“Bakıda sərnişindaşıma sahəsində monitorinqlərə başlanılıb”. Bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, monitorinqlərin aparılmasının əsas məqsədi payız-qış mövsümündə avtobusların sərnişindaşımada fasiləsiz işini təmin etməkdir.
Mindən çox avtobusda seçmə üsulla monitorinqlər keçirildiyini deyən Ş.Mehmanqızı qeyd edib ki, ümumilikdə nəqliyyat vasitələrinin qış mövsümünə hazırlığı qənaətbəxş hesab edilsə də, çatışmazlıqlar var: “Oktyabr ayında da belə monitorinq keçirilib. Həmin monitorinqlər zamanı bir neçə nəqliyyat vasitəsində çatışmazlıqlar aşkar olunub. Amma bu çatışmazlıqların qısa zamanda aradan qaldırılması üçün xüsusi tapşırıqlar verilib. Hazırda bu istiqamətdə işlər aparılır”.
Monitorinqlərə xüsusi komissiyalar tərəfindən nəzarət edildiyini vurğulayan qurum rəsmisi bildirib ki, soyuq aylarda sərnişindaşıma sahəsində ciddi fəsadların baş verməməsi üçün sürücülər də təlimatlandırılır: “Təlimatlarda məqsəd mürəkkəb sürücülərə çətin şəraitində və soyuq havalarda yollar buz bağlayarkən daha diqqətli olmalarını aşılamaqdır. Sürücülər avtobusların idarə edilməsi zamanı təhlükəsizlik qaydalarına çox diqqətlə riayət etməlidirlər”.
Qeyd edək ki, bütün bu tədbirlər "Bakı Sərnişin və Yük Daşımalarının Təşkili" MMC tərəfindən həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info