F.Abdullayev: “Azərbaycanın inkişafı Konstitusiyaya söykənir”
Tarix: 12.11.2015 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


“Azərbaycan Konstitusiyası fundamental, əsas qanun kimi özünü doğruldur. Bu gün Azərbaycanın inkişafı Konstitusiyaya söykənir”. Bunu Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın daxili və xarici siyasət sahəsində, sivil, demokratik, dünyəvi dövlət kimi özünü beynəlxalq arenada sübut etməsi Azərbaycan Konstitusiyasının mütərəqqi və dəyərli sənəd olduğunu göstərir: “Biz Azərbaycanda hüquqi və demokratik dövlətin qurulmasına nail olmuşuq. Azərbaycan bütün sahələrdə tam layiqli partnyor kimi özünü göstərir. Biz bütün böyük layihələrdə iştirak edirik, nüfuzlu tədbirlərə ev sahibliyi edirik. Bizim çox uğurlu və bəşəri konstitusiyamız var”.
F. Abdullayev əlavə edib ki, 12 noyabr Azərbaycan Konstitusiyasının qəbul edilməsi tarixi və əlamətdar hadisədir: “Bu gün dövlət bayramıdır. 20 il bundan əvvəl ümumxalq referendumu yolu ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olunub. Mən hesab edirəm ki, müstəqil Azərbaycanın nail olduğu ən böyük nailiyyətlərdən ən mühümü konstitusiyasının qəbul edilməsidir”.
F. Abdullayev qeyd edib ki, Azərbaycan Konstitusiyasına iki dəfə dəyişiklik edilib, edilən dəyişikliklər yalnız insan hüquq və azadlıqlarının genişlənməsi ilə bağlı olub: “Bu gün bizim Ombudsman təsisatı ilə çox sıx əlaqələrimiz var. Bir çox hüquqi, sosial, cinayət, mülki-prosessual qərarlarımız var ki, onlar Ombudsman tərəfindən sorğu ilə bizə müraciət əsasında qəbul olunub. Bu əməkdaşlıq davam etməlidir. Ombudsmanın fəaliyyəti olduqca müsbətdir. O vətəndaş və dövlət arasında çox aktiv mövqedədir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info