Narkotik vasitələrin gömrükdən keçirilməsinin qarşısı alınıb
Tarix: 12.11.2015 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Əkbər Məmmədov gömrük nəzarətindən keçərkən üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, yoxlama zamanı ona məxsus sellofan torbanın içərisindəki plastik qabda 1500 millilitr həcmində metadon məhlulu aşkar olunub.
Buna bənzər hadisə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Əhməd Məmmədovun üzərində şəxsi yoxlama aparılarkən baş verib. Ə.Məmmədova məxsus sellofan torbada olan və üzərində “20 Eff. Tablets VITAMIN C” sözləri yazılmış dərman qutusunda isə 99 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar edilib. Yəni, bir qəbildən olan malın digər şəklə salınaraq gömrük nəzarətindən keçirilməsinə cəhdin qarşısı alınıb.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. 1500 millilitr məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 1,5 qram, 99 ədəd həbdə isə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,98 qram təşkil edir.
Hər iki faktla bağlı təhqiqat aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info