Z.Əsgərov: “Radikalizm elementlərinin qarşısı bundan sonra da alınacaq”
Tarix: 12.11.2015 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


“Çox təəssüf ki, bəzi dövlətlər, o cümlədən daxildə olan bəzi təşkilatlar Azərbaycanda tolerantlığa, mövcud ictimai-siyasi sabitliyə qısqanclıqla yanaşırlar”. Bunu son dövrlər bəzi dini radikal qrupların fəallaşmasına münasibət bildirən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib. Z. Əsgərov deyib ki, Azərbaycan tolerant dövlətdir, ölkədə müxtəlif dini konvessiyalar fəaliyyət göstərirlər: “Hər bir halda dini radikalizmin əleyhinəyik. Azərbaycanda oturuşmuş dini ənənələr var və Azərbaycanda dini inancları olan insanlar bu ənənələrə sadiqdirlər. Kim din pərdəsi altında radikal addımlar atacaqsa, müvafiq olaraq cəzalanacaqlar. Azərbaycan dövləti heç kimə imkan verə bilməz ki, ölkədə mövcud olan ictimai-siyasi sabitlik pozulsun, biz buna yol verə bilmərik. Təəssüf edirəm ki, bəziləri gedib xaricdə guya din təhsili alırlar, əslində isə din pərdəsi altında onlara orada hər şey öyrədirlər. Ona görə də cəmiyyətdə belə müəyyən radikalizm elementləri meydana gəlir. Bu da cəmiyyətdə insanları narahat edir. Hesab edirəm ki, narahatlığa əsas yoxdur. Belə halların qarşısı indiyə qədər alınıb və bundan sonra da alınacaq”. Z. Əsgərov bildirib ki, din dövlətdən ayrı olsa da, hər bir Azərbaycan vətəndaşının Konstitusiya ilə qorunan hüquqları var: “İnsanların hüquqlarına digər insanlar da hörmətlə yanaşmalıdırlar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info