Niderlandda Azərbaycan dilində dərslik çap olunub
Tarix: 12.11.2015 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Niderlandda “Tibb təhsilinin situasiyaya bağlı klinik əsaslandırma vasitəsilə müasirləşdirilməsi” adlı kitab ingilis və Azərbaycan dillərində işıq üzü görüb.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən verilən məlumata görə, bu, situasiyaya bağlı klinik əsaslandırma metodikasına dair Azərbaycan dilində çap olunmuş ilk dərslikdir. Kitabın müəllifləri Utrext Universitetinin professoru Olle Ten Kate, həmin universitetin əməkdaşı Mariya Van Lon, Gürcüstanın Tbilisi Dövlət Tibb Universitetinin professoru G. Simoniyadır. Dərsliyin Azərbaycan dili versiyasının redaktorları ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova və I cərrahi xəstəliklər kafedrasının dosenti Nadir Zeynalovdur.
R.Qabulova bildirib ki, situasiyaya bağlı klinik əsaslandırma respublikamızda tibb təhsili sahəsində ilk dəfə tətbiq olunmuş tədris metodikalarındandır. Uterxt Universitetinin əməkdaşları 2013-cü ilin iyun ayında ATU-nun tələbə-müəllim heyətinə həmin metodika üzrə təlim keçiblər. Hazırda situasiyaya bağlı klinik əsaslandırma universitetin I cərrahi xəstəliklər kafedrasında uğurla tətbiq edilir. Dekabr ayında kafedranın bu sahədə təcrübəsinin yayılması planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info