Bakı-Tiflis-Qars dəmiryolundan sonra daha bir böyük layihə həyata keçiriləcək
Tarix: 14.02.2013 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Bakıdan Londona qədər uzanacaq avtomobil yolu layihəsinə Asiya ölkələri də böyük maraq göstərir

Ziya Məmmədov: “Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, BTQ-dən
istifadə edə bilməyəcək”
Dünən Tiflisdə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin nəqliyyat nazirlərinin görüşü keçirilib. Tədbiri Gürcüstan sabit inkişaf və iqtisadiyyat nazirinin müavini İrakli Matkava açaraq, bugünkü görüşü vacib bir tədbir adlandırıb.
Sonra tədbirdə Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat məsələləri üzrə avrokomissar Siym Kallas, Gürcüstanın sabit inkişaf və iqtisadiyyat naziri Georgi Kvirikaşvili, Avropa Birliyinin (AB) genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle, Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və digər ölkələrin nəqliyyat nazirləri çıxış ediblər. Tədbir jurnalistlər üçün qapalı keçirilib. Ştefan Füle çıxışında nəqliyyat nazirlərinin “Şərq Tərəfdaşlığı” çərçivəsində ilk dəfə toplandıqlarını qeyd edib. Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanda son illər həyata keçirilən infrastruktur layihələr barədə ətraflı məlumat verib. Z.Məmmədov Azərbaycan hökumətinin gələcək planları barədə də danışıb: “Bakı-Gürcüstan sərhədinə qədər dəmiryolunun yeniləşdirilməsi üçün yeni vaqonlar alınacaq. Bakı-Tiflis-Qars dəmiryolunun və beynəlxalq əhəmiyyətli Gürcüstan, Rusiya, İran avtomobil yolları infrastrukturunun yenilənməsi istiqamətində işlər görüləcək. Dəniz limanında 12 vaqon tutumlu 13 bərənin alınması, yeni aerovağzalın tikintisi və digər layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən və kredit hesabına alınan məbləğ 2,8 mlrd. dollar təşkil edir. AB-dən xahiş edirik ki, bu vacib və aktual məsələləri diqqət mərkəzində saxlasın”.
Görüşdən sonra mətbuat konfransı keçirilib. Ziya Məmmədov Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi ilə bağlı jurnalistlərə açıqlama verib: “Bu layihə Avropanı Asiya ilə birləşdirəcək. Bu, yeni layihədir. Türkiyə ərazisində layihə ilə bağlı böyük işlər aparılır. Bu vacib layihədən sonra biz Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə daha bir böyük layihəni həyata keçirəcəyik. Bu, Londona qədər uzanacaq avtomobil yolu layihəsidir. Layihəyə Orta Asiya ölkələri də maraq göstərir”. Nazir BTQ layihəsinin tikintisinin indiyədək qrafik üzrə aparıldığını bildirib: “İndi qış fəsli olduğundan, mütəxəssislərimiz tikintinin davam etdirilməsi üçün hazırlıq işləri görürlər. Havalar yaxşılaşan kimi dəmiryolunun tikintisi davam edəcək. Layihə ilə bağlı olan problemləri üç ölkənin rəhbərləri həll edir. Bu layihəni Azərbaycan, Gürcüstan və Türkiyə dəstəkləyir”. “BTQ dəmiryolu layihəsinin istifadəyə verilməsindən sonra Ermənistan bu layihədən istifadə edə bilərmi?” sualına cavab verən Ermənistan nəqliyyat nazirinin müavini Artaş Avetisyan “imkan düşən kimi biz bu dəmiryolunun imkanlarından istifadə edəcəyik” - deyə bildirib. Ziya Məmmədov Ermənistanın nazir müavininin cavabına belə reaksiya verib: “Bu layihənin tikintisi Azərbaycanın təşəbbüsü və büdcəsi ilə həyata keçirilir. Nə qədər ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal altında saxlayır və münaqişə həll olunmayıb, biz bu dəmiryolundan Ermənistanın istifadəsinə imkan və razılıq verməyəcəyik. Bu, yalnız hər üç ölkənin razılığı ilə həyata keçirilə bilər”.





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info