“Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi”
Tarix: 12.11.2015 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Noyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində filologiya elmləri doktoru, Cavidşünas, filoloq-tarixçi, professor Əjdər Tağıoğlunun (İsmayılov) “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” kitabının təqdimatı keçirilib.
Tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov çıxış edərək kitabın 1991-ci il kiril qrafikalı nəşri əsasında latın qrafikasında yenidən nəşr olunmasını təqdirəlayiq hesab edib. O, Cavid yaradıcılığına aid olan bu monoqrafiyanın romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqəli elm və tədqiqatların təkmilləşdirilməsi istiqamətində çox mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Kitabda Əjdər Tağıoğlunun zəngin elmi-nəzəri, mifoloji və ədəbi materiallardan təhlil yolu ilə məharətlə istifadə etdiyini vurğulayan alim onun tarixi-tipoloji aspektdən Azərbaycan və dünya romantizminin ictimai və estetik mahiyyətini açmaqla yanaşı, H. Cavid yaradıcılığını klassik ənənəyə bağlayan cəhətləri müəyyənləşdirməyə çalışdığını diqqətə çatdırıb.
Daha sonra filologiya elmləri doktoru, professor Tofiq Hüseynov kitab haqqında fikirlərini bölüşərək nəşrin Cavidşünaslıqda bir yenilik olduğunu bildirib.
Qeyd olunub ki, kitabda müəllif yazıçının fərdi baxışından irəli gələn səbəbləri özünəməxsus təhlili ümumiləşdirmələri ilə çatdırıb.
Müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Sonda kitab iştirakçılara təqdim edilib.
Qeyd edək ki, Əjdər Tağıoğlu 1989-cu ildə “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info