Azərbaycanda ilk dəfə “Orta məktəblərdə diaspor dərsləri” layihəsi keçirilir
Tarix: 12.11.2015 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Noyabrın 12-də Diaspor Jurnalistləri Birliyi könüllü olaraq “Orta məktəblərdə diaspor dərsləri” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, sərhədlərimizin hüdudlarından kənarda da milyonlarla həmvətənimizin yaşaması haqda məlumat verməkdir.
İlk “Diaspor dərsi” Bakıdakı Ə.Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə keçirilib. Öncə məktəbin direktoru Yəhya Abbasov çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirib və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını deyib.
DJB sədri Fuad Hüseynzadə bildirib ki, ilk dəfə olaraq Azərbaycanda məktəblilərə bu formada “Diaspor dərsi” keçirilir.
O, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi olduğunu deyib: “İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır. Onlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər”.
Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov Azərbaycan diasporunun inkişaf tarixi, məskunlaşma coğrafiyası haqqında məlumat verib.
Əbülfəz Şeydabəyov qeyd edib ki, Diasporla iş üzrə Dövlət Komitəsi dövlətin siyasətini həyata keçirərək diasporun inkişafı istiqamətində işlər görür: “Hazırda dünyanın əksər ölkələrində azərbaycanlı icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir”.
Hollandiya-Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli diaspor təcrübəsindən danışıb. O bildirib ki, diaspor fəaliyyəti həm məsuliyyətli, həm də fəxrli işdir.
Diaspor Jurnalistləri Birliyinin sədr müavini Əli Zülfüqaroğlu Azərbaycan diasporunun erməni diasporuna qarşı mübarizəsindən danışıb.
Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli “Bugünkü gənc, sabahkı diaspordur” mövzusunda çıxış edib.
Xatırladaq ki, Layihə çərçivəsində 3 ay müddətinə, Yasamaldakı 13, Səbaildəki 236, Qaradağdakı 106, Nəsimidəki 240, Nərimanovdakı 178, Nizamidəki 32, Xətaidəki 265, Suraxanıdakı 114, Sabunçudakı 94, Xəzərdəki 181, Pirallahıdakı 235 saylı məktəblərin 10-11-ci sinif şagirdlərinə “Diaspor dərsi” keçiriləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info