Qunnar Hekmark: “Gürcüstanda demokratiyadan kənaraçıxmalar və geriləmələr müşahidə edilməkdədir”
Tarix: 14.02.2013 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin deputatı: “Baş verən son proseslər beynəlxalq arenada və Avropa İttifaqında Gürcüstana olan etimadı sarsıdıb”

Avropa Parlamentinin deputatı Qunnar Hekmark bəyanat yayaraq bildirib ki, Gürcüstanda demokratiyadan kənaraçıxmalar və geriləmələr müşahidə edilməkdədir. Gürcüstanda yeni hakimiyyətlə prezident Saakaşvili arasında yaranan ziddiyyətli vəziyyət, kütləvi həbslər, keçmiş hökumət nümayəndələrinin bəzilərinin həbsi həm ölkə daxilində, həm də xaricində narazılıq yaradıb. Gürcüstanda baş verən proseslərlə bağlı narazılıq artıq Avropa Parlamentinin dəhlizlərində daha uca səslə eşidilməkdədir. Bu haqda “www.dw.de” saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Avropa Parlamentinin ən iri fraksiyası olan Avropa Xalq Partiyasının sədr müavini Qunnar Hekmark Gürcüstanın ünvanına sərt tənqid səsləndirib: «Həmkarım, Avronestin Demokratiya, insan hüquqları və siyasi məsələlər komitəsinin keçmiş həmsədri Çiora Taktakişvilinin “Gürcü arzusu” koalisiyası fəallarının hücumu nəticəsində yaralandığını eşidəndə şoka düşdüm. Mən prezidentin tərəfdarlarına qarşı həyata keçirilən zorakılıq aktlarının qarşısının alınmasını və günahkarların cəzalandırılmasını tələb edirəm. Fakt odur ki, bu şəxslər prezidentin nitq söyləməsinə mane olublar. «Gürcü arzusu» koalisiyası prezident Saakaşviliyə, onun partiyasının üzvlərinə və tərəfdarlarına qarşı ümummilli siyasi kampaniyaya başlayıb. Baş verən son proseslər beynəlxalq arenada və Avropa İttifaqında Gürcüstana olan etimadı sarsıdıb».
ANAR




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İtaliyanın keçmiş baş nazirinin valideynləri ev dustaqlığına məhkum olunublar
19.02.2019
Çin kosmosda günəş elektrostansiyası tikəcək
19.02.2019
Binəli Yıldırım istefaya gedib
19.02.2019
Boliviyada yük maşını ilə avtobus toqquşub
18.02.2019
Britaniya parlamenti: “Sosial media tənzimlənməlidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info