“Azəryolservis”də görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Tarix: 12.11.2015 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də 2015-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
Cəmiyyətin sədr əvəzi Saleh Məmmədov ötən illərdə olduğu kimi cari ilin 9 ayı ərzində də cəmiyyət tərəfindən ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması işi və yeni yolların salınması ilə bağlı layihələrin uğurla davam etdirildiyini qeyd edib.
Vurğulanıb ki, son illərdə yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir. Bu istiqamətdə ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi rəhbərliyinin nəzarəti altında “Azəryolservis” ASC tərəfindən görülən işlər xüsusi əhəmiyyət kəsb edir.
Hesabat iclasında qeyd olunub ki, 2015-ci ilin 9 ay ərzində 289,3 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib.
2015-ci ilin 9 ayı ərzində 38 adda küçə və prospektdə 370,4 min m2 sahədə əsaslı təmir işləri aparılıb. Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 97,7 min m2 sahədə çala təmiri işləri yerinə yetirilib.
İclasda 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq məsələsinə də xüsusi diqqət ayrılıb. Bildirilib ki, Cəmiyyətin Tədbirlər Planına uyğun olaraq bütün idarə və müəssisələrdə hazırlıq işləri başa çatmaq üzrədir.
Ümumilikdə payız-qış mövsümündə, xüsusi ilə qarlı-şaxtalı havalarda avtomobil yollarına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər (Bakı şəhərində 382 ədəd, respublika yollarına xidmət üçün 659 ədəd) yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Bundan başqa tələb olunan miqdarda qum və texniki duz ehtiyyatının toplanması işləri də davam etdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
19.11.2018
Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçiriləcək
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info