Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq bağçasının açılışında olub
Tarix: 12.11.2015 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri uşaqların sağlam, bilikli, vətənpərvər kimi böyüməsidir. Bu məqsədə nail olmaq üçün Fond uşaq müəssisələrinin müasir standartlar səviyyəsində fəaliyyət göstərməsinə xüsusi diqqətlə yanaşır. Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli körpələr evi-uşaq bağçası da Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə yenidən qurulub. Noyabrın 12-də körpələr evi-uşaq bağçasının açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər. Burada bütün işlər Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində görülüb. Proqramın 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən təqdimatı zamanı bu müəssisələrdə mövcud vəziyyət müzakirə edilib, aparılan monitorinqin nəticələri açıqlanıb, yeni uşaq bağçalarının inşasına ehtiyacın olduğu müəyyənləşdirilib. Mərdəkan qəsəbəsində yenidən qurulan körpələr evi-uşaq bağçası da bu istiqamətdə atılan addımlardan biridir. 1963-cü ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçasının binası yenidənqurmadan sonra iki mərtəbədən ibarətdir. Əvvəllər bu müəssisədə 75 uşaq təlim-tərbiyə alırdısa, indi 10 qrupdan ibarət bağçada 2-6 yaş arasında 200 uşağa qayğı göstəriləcək. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilib. Burada balacaların bacarıq və istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Uşaqlar xüsusi dərnəklərdə rus və ingilis dillərini də öyrənəcəklər. Körpələr evi-uşaq bağçasının həyətində yaşıllaşdırma işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.
Xəzər rayonunda görülən işlərə, o cümlədən ən müasir standartlar səviyyəsində qurulan yeni bağçanın inşasına görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya sakinlər adından minnətdarlıq bildirildi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sakinlərə salamlarını çatdırmağı xahiş etdi.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info