Naxçıvan Ali Məclisində mükafatların təqdimatı olub
Tarix: 12.11.2015 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Noyabrın 12-də - Konstitusiya Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, “Dövlət qulluğunda fərq¬lənməyə görə” və “Tərəqqi” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinin məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının mükafatlarına layiq görülmələri, eləcə də Konstitusiya Günü münasibətilə təltif olunanları və onların timsalında muxtar respublika əhalisini təbrik edərək deyib: Təltif olunmaq böyük nailiyyət, bu adı daşımaq isə şərəfdir. Bu gün təltif olunanlar çalışdıqları sahələrdə fərqləndiklərinə görə dövlətimizin yüksək mükafatlarına layiq görülüblər.
Ali Məclisin Sədri təltif olunanlara təşəkkür edərək deyib: Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyev həm də Konstitusiyamızın yaradıcısıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ölkə vətəndaşlarına digər hüquqlarla yanaşı, iş hüququ da verilir. Bundan istifadə edərək Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı yolunda çalışan, xidməti fəaliyyətində fərqlənənlər isə ölkəmizin dəyərli insanlarıdır. Onların əməyi daim dövlətimiz tərəfindən qiymətləndirilir, dövlət mükafatları ilə təltif edilirlər. Dövlət təltifinə layiq görülmək üçün isə insan vətənpərvər olmalı, ölkəsinə və xalqına sədaqətlə xidmət etməlidir.
Ali Məclisin Sədri deyib: Bu gün Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik vardır. Sabitlik olan yerdə isə iqtisadi inkişaf davamlı olur. İqtisadi inkişafı təmin edənlər isə öz vəzifəsini layiqincə yerinə yetirən insanlardır. Bu insanların dövlətimizin təsis etdiyi ali mükafatlarla təltif olunması ölkəmizdəki sabitliyin, iqtisadi inkişafın, dövlət-xalq və xalq-dövlət birliyinin nəticəsidir.
Ali Məclisin Sədri təltif olunanları bir daha təbrik edib, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü, medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Təltif olunanlardan Bayram Rzayev, Mübariz Əsgərov, Alidə Fətullayeva, Vüsalə Əliyeva, Mahir Əliyev, Rəhim Qafarov, Natiq Əhmədov, Leyla Abbasova, Məhsəti Məmmədova, Əyyub Abdullayev, Əlövsət İbrahimov, Natiq Məmmədov, Tofiq Rüstəmov, Vüqar Quliyev və İlqar Mirzəyev minnətdarlıq edərək deyiblər: Bu gün sabitlik və əmin-amanlıq şəraitində yaşayırıq. Ölkəmizdə bütün sahələr inkişaf etdirilir, insanların rahat işləməsi üçün şərait yaradılır. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf xətti Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Doğma Naxçıvanımızın bugünkü inkişafında pay sahibi olmaq hər bir insan üçün böyük qürur və şərəfdir. Əməyimizə yüksək qiymət verilməsi, dövlət mükafatları ilə təltif olunmağımız isə məsuliyyətimizi artırır, bundan sonra daha səylə çalışmağa sövq edir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info