“Corc Soros Avropa dövlətlərinin suverenliyini məhv etməyə çalışır”
Tarix: 12.11.2015 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Son dövrlər Avropada nələr baş verir? Regiona üz tutan qaçqınlar hansı mərhumiyyətlərlə üzləşir, onlara yerli sakinlərlə yanaşı, siyasətçilərin münasibəti necədir? ABŞ-ın "The American Conservative" nəşrində dərc edilən məqalə Avropada baş verənlərə az da olsa işıq tutmağa çalışır. Adriel Kasontanın müəllifi olduğu məqalədə deyilir:
“Corc Soros Avropa dövlətlərinin suverenliklərinə xələl gətirmək iqtidarındadırmı? Bir neçə həftə bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban maliyyəçi və milyarder Sorosu Avropaya Yaxın Şərq və digər regionlardan axıb gələn qaçqınlara göstərdiyi yardıma görə ittiham edirdi. O, bu fikirləri ilə dünyada Avropanın yeri və dövlət suverenliyinin perspektivləri barədə bir çox avropalıların duyğu və fikirlərini ifadə edirdi. Təbii ki, mən Polşada doğulmuş birp avropalı kimi, Orbanın miqrantlara belə sərt və inadkar münasibət nümayiş etdirməsini başa düşürəm. Polşada da uzun illər əcnəbilər üstünlük təşkil etmişdir.
Vyana müqaviləsi imzalandıqdan sonra Avropaya köç edənlərin sayı xeyli artdı. Lakin bütün bunlara baxmayaraq, Polşanın zəngin və rəngarəng mədəniyyətinə ən böyük töhfəni yəhudi, alman və rus vətəndaşları verib. İndi də bu sürətli inkişafı təmin ediblər. Bu gün də bu insanlar özünəməxsusluq və rifahlarını qorumaq istəyirlər
Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, bu il Avropa qitəsinə 760 min miqrant gəlib. Təbii ki, göstərilən rəqəmlər müxtəlifdir. Qaçqın axını bu gün də müşahidə edilməkdədir.
Yaranmış böhrana yalnız iqtisadi, siyasi və humanitar aspektlərdən baxmaq vacib deyil, həm də Avropa və onun xalqının şüurlarında nə baş verdiyini anlamaq üçün onların daxili hislərinə də nəzər salmaq lazımdır.
«Frankfurter Allgemeine Zeitung» nəşrinə verdiyi açıqlamada «Gözümüzün qabağında baş verənlər bütün Avropa üçün partlayıcı nəticələrin yaradılmasıdır»-deyə Orban bildirir: «Avropanın cavabı dəlilik deyil. Biz etiraf etməliyik ki, bu vəziyyət üçün - ağılsız immiqrasiya siyasətinin bütün məsuliyyətini Avropa Birliyi daşıyır».
Orbana görə, baş verənlər Avropada «köçkünlərə daha yaxşı həyat vəd» edən yerli siyasətçilərin məsuliyyətsizliyini göstərir: «Əgər Avropa ümumi fikrə gəlməsə, o, öz həyatı uğrunda mübarizədə məğlub duruma düşəcək».
Soros kimi fəallar və onların təşkilatları isə Avropada suverenliyi və yerli insanları əzəli hüququndan məhrum etməyə çalışırlar.
«Orban sərhədlərin qorunmasının müdafiəsinə qalxır və sərhədləri məqsəd kimi önə çəkərək ,qaçqınları bu istiqamətdə əsas maneə hesab edir. Lakin biz öz planımızda, Orbandan fərqli olaraq, qaçqınlara məqsəd kimi münasibət nümayiş etdiririk». Bu fikirləri isə milyonçü investor «Bloomberg News» nəşrinə göndərdiyi məktubda bəyan edib.
Bütün bunlara baxmayaraq, artıq yaranmış böhran Avropaya zərər verməkdədir. Belə görünür ki, bunu aradan qaldırmaq o qədər də asan olmayacaq. Çünki Avropada miqrasiya axınlarının bir-biri ilə savaşı başlayır. Bunun daha ciddi dəyişikliklər və iğtişaşlara səbəb olacağı hələ ki, aydın deyil, lakin bütün baş verənlər Avropa cəmiyyətinə nəzarəti gücləndirməyi önə çəkməkdədir”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info