“Çempionluq qazanmayan baş məşqçini “Real“dan qovurlar”
Tarix: 12.11.2015 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Karlo Ançelotti "Real"da istefaya göndərilməsi ilə bağlı ilk dəfə açıqlama verib. İtaliyalı mütəxəssis Madrid klubunun onu istefaya göndərməklə böyük səhv etdiyini deyib:
"Real"dan ayrıldığım üçün məyus olmuşdum. Çünki futbolçularla münasibətim yaxşı idi. Madrid klubunu çalışdırmağı sevirdim. "Çelsi"dən ayrıldığım zaman bu qədər pis olmamışdım".
K.Ançelotti qeyd edib ki, "Real"da çempionluqdan başqa heç bir nəticə qəbul olunmur:
"Ötən mövsüm ard-arda 22 oyunda qalib gəlmişdik. Ancaq fevralın 7-i "Atletiko"ya 0:4 hesabı ilə uduzduğumuz zaman əvvəlki uğurlar unuduldu. Çempionluq qazanmayan baş məşqçini "Real"dan qovurlar. Amma nəzərə almırlar ki, bu komanda mənim rəhbərliyim altında Çempionlar Liqasında birinci oldu. Başa düşmək lazımdır ki, dünyanın ən yaxşı klublarından olan "Barselona", "Atletiko" kimi klublar oynadığı İspaniyada hər mövsüm çempion olmaq mümkünsüzdür". Qeyd edək ki, "Real" bu ilin mayında Ançelotti ilə yolları ayırıb.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar
19.01.2019
“Arpaçay Open” beynəlxalq turnirinin açılış mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info