“Faynanşl Tayms”: “Avropa İttifaqında bank sisteminin iflası, avronun çöküşü timsalında iqtisadi fəlakət baş verə bilər”
Tarix: 14.02.2013 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


“Yunanıstan, İtaliya, Portuqaliya kimi ölkələrdə baş verənlər göstərir ki, Avropanın sosial-demokrat sistemi ağır zərbə alıb”

Britaniyanın “Faynanşl Tayms” nəşrin də Avropa ölkələrini cənginə alan iqtisadi böhran dalğası ilə bağlı maraqlı yazı dərc edilib. Qideon Raxman adlı müəllifin təqdim etdiyi məqalədə qeyd edilir ki, Avropada iqtisadiyyatın genişmiqyaslı bərpası ilə bağlı səsləndirilən fikirlərə inanmaq mümkün deyil:
“Əslində vəziyyət çox çətindir. Qarşıdakı aylarda vəziyyət daha da ağırlaşa, Avropa bank sisteminin iflası, avronun çöküşü timsalında real iqtisadi fəlakət baş verə bilər. Avrozonada böhran üç istiqamətdə gedir-siyasi, iqtisadi, maliyyə. Bunların birində baş verən böhran avtomatik olaraq digər ikisinə təsir edir. Maliyyə təhlükəsi qismən aradan qalxıb. Avropa Mərkəzi Bankının prezidenti cənab Draqi «mümkün olan hər şeyi» edəcəyini vəd edib. Amma vədlər heç də onun yerinə yetiriləcəyinə təminat vermir. Doğrudur, maliyyə problemi kəskin şəkildə gündəmdə dayanmır, amma o, heç yerə yoxa çıxmayıb. İspaniya və İtaliya kimi ölkələrin maliyyələşməsinə olan ehtiyac çox böyükdür. Maliyyə çətinliyi ucbatından İtaliya, İspaniya, Yunanıstan, İrlandiya kimi ölkələr çox əziyyət çəkir. İqtisadiyyatı 25 faiz azalan Yunanıstan buna rəğmən, avro zonasından çıxmadı, ölkədə faşist və ya kommunist hakimiyyətə gəlmədi. İspaniya və İtaliyada isə əhval-ruhiyyə çox pisdir. İtaliya İkinci Dünya müharibəsindən sonra ən ağır tənəzzül günlərini yaşayır. İspaniyada isə işsizlik artıq 26 faizə yüksəlib. Bu iki ölkənin iqtisadi bərpası yaxın zaman üçün real deyil, onlarda sosial və siyasi silkələnmə təhlükəsi aradan qalxmayıb. Fransua Olland sürətlə populyarlığını itirsə də, Fransa iqtisadi böhran təhlükəsinə görə o qədər də ciddi narahatlıq keçirmir. Ən aktual məsələ iqtisadi böhranın siyasi müstəviyə keçməsidir. Fevralın 24-də İtaliyada seçkilər keçiriləcək və çox güman ki, Mario Monti qələbə qazanacaq. Əgər Berluskoni yenidən hakimiyyətə qayıdarsa, onda Avropa böyük xoşagəlməz hallarla qarşılaşacaq. İspaniyadakı vəziyyət də yaxşı heç nə vəd etmir. Sorğuların nəticələri göstərir ki, ispanların 80 faizi adı korrupsiya qalmaqalına qarışan baş nazir Mariano Raxoyun istefasını tələb edir. Bu ölkədə gənclər arasında işsizliyin 50 faizə yüksəldiyini, bəzi regionlarda separatizm hallarının olduğunu nəzərə alsaq, onda çətin ki yeni hökumət mərkəzləşməni və cəlbediciliyi qoruya bilsin. İspaniya və İtaliyadakı siyasi böhran Avropa bazarlarına da ciddi zərbə vurur. Avropa yaxın zamanlarda Kiprin xilasına tələsməlidir. Amma Rusiyanın çirkli pullarının yuyulmasında adı hallanan Kiprə münasibətdə Almaniya Bundestaqının deputatları heç də müsbət yanaşmırlar. Yunanıstan, İtaliya, Portuqaliya kimi ölkələrdə baş verənlər göstərir ki, Avropanın sosial-demokrat sistemi ağır zərbə alıb. Qarşıda Avropanı iqtisadi çətinlik və siyasi qeyri-sabitlik gözləyir. Liderlərin bizi bu böhrandan çıxarmaq üçün dəqiq proqramı yoxdur”.
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info