“Məqsədləri dini radikalizmi yayılmaqla Azərbaycanda qarşıdurma yaratmaqdır”
Tarix: 13.11.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Xarici və daxili qüvvələrin Azərbaycanda əmin-amanlığı pozmaq cəhdləri dəfələrlə edilib. Bunun üçün bir çox hallarda radikal dini qruplardan istifadə olunub. Lakin bu atılan addımlarla onlar heç zaman öz istəklərinə çatmayıblar.
Çünkü belə radikal dini qrupların və digərlərinin təxribatçı əməllərinin qarşısını alacaq güclü Azərbaycan dövləti var. Elə Slavyan-Türk birliyi hərəkatının lideri, politoloq Adıgözəl Məmmədov da bizimlə söhbətində bu məsələni xüsusi vurğuladı. Onun sözlərinə görə, Azərbaycana qarşı olan bəzi qüvvələr bu və ya digər alətlərlə Azərbaycan daxilində iğtişaşlar, təfriqəçilik, ziddiyyətlər yaratmaq istiqamətində cəhdlər edir: “Bunlar “İŞİD”-ə meyillənən və müəyyən gənclər arasında iş aparan “müridlər”dir. Onlar birbaşa xarici kəşfiyyatla əlaqəlidir. Məqsəd dini radikalizmin yayılması və bu kontekstdə Azərbaycanda qarşıdurma yaratmaqdır. Bununla da yalnız və yalnız qüdrətli Azərbaycan dövlətinin inkişafının qarşısını almaq istəyirlər. Onlar Azərbaycanda dini radikalizmin inkişafını təmin etməklə, ölkəmizin milli-mental bütövlüyünü parçalamağa, sivil quruluşundan uzaqlaşdırmağa çalışırlar. Hərgah, bunu başa düşən insanlar bilir ki, bunlar düşmənin dəyirmanına su tökürlər”.
Adıgözəl Məmmədovun fikrincə, hamımız bu baxımdan Azərbaycanın sivil siyasi rəhbərliyinin arxasında durmalıyıq: “Sona qədər cənab Prezidenti müdafiə etməliyik. Hər bir Azərbaycan ziyalısı fəaliyyətini ölkə başçısının fikirlərini dəstəkləmək istiqamətində qurmalıdır”.
Politoloq bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və Azərbaycanın son zamanlar coğrafi və geopolitik gücə malik olması bir çox dairələri olduqca narahat edir: “Nəzərə alın ki, son zamanlar Azərbaycanın müstəqil siyasətini həzm etməyən qüvvələr var. Azərbaycanın iqtisadiyyatı, eləcə də hərbi-iqtisadi potensialı artmaqdadır. Həmçinin son vaxtlar Azərbaycan dövləti tərəfindən içəridən təmizləmə işləri aparılır. Buna görə də bəzi xarici qüvvələr bu və ya digər formalarda Azərbaycana qarşı müəyyən addımlar atmağa başlayıblar”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Türkiyənin Suriyada əsas məqsədi PKK ilə bağlılığı olan yaraqlıların məhv edilməsidir
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info