“Radikalizm elementlərinin qarşısı bundan sonra da alınacaq”
Tarix: 13.11.2015 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


“Çox təəssüf ki, bəzi dövlətlər, o cümlədən daxildə olan bəzi təşkilatlar Azərbaycanda tolerantlığa, mövcud ictimai-siyasi sabitliyə qısqanclıqla yanaşırlar”. Bunu son dövrlər bəzi dini radikal qrupların fəallaşmasına münasibət bildirən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov söyləyib.
Z. Əsgərov deyib ki, Azərbaycan tolerant dövlətdir, ölkədə müxtəlif dini konfessiyalar fəaliyyət göstərirlər: “Hər bir halda dini radikalizmin əleyhinəyik. Azərbaycanda oturuşmuş dini ənənələr var və Azərbaycanda dini inancları olan insanlar bu ənənələrə sadiqdirlər. Kim din pərdəsi altında radikal addımlar atacaqsa, müvafiq olaraq cəzalanacaqlar. Azərbaycan dövləti heç kimə imkan verə bilməz ki, ölkədə mövcud olan ictimai-siyasi sabitlik pozulsun, biz buna yol verə bilmərik. Təəssüf edirəm ki, bəziləri gedib xaricdə guya din təhsili alırlar, əslində isə din pərdəsi altında onlara orada hər şey öyrədirlər. Ona görə də cəmiyyətdə belə müəyyən radikalizm elementləri meydana gəlir. Bu da cəmiyyətdə insanları narahat edir. Hesab edirəm ki, narahatlığa əsas yoxdur. Belə halların qarşısı indiyə qədər alınıb və bundan sonra da alınacaq”. Z. Əsgərov bildirib ki, din dövlətdən ayrı olsa da, hər bir Azərbaycan vətəndaşının Konstitusiya ilə qorunan hüquqları var: “İnsanların hüquqlarına digər insanlar da hörmətlə yanaşmalıdırlar”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info