Azərbaycan YUNESKO-nun yardımçı orqanlarına üzv seçilib
Tarix: 13.11.2015 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində bu təşkilatın yardımçı orqanlarına seçkilər keçirilib. Azərbaycan təşkilatın iki yardımçı orqanına - YUNESKO-nun “İnsan və biosfer” proqramı Beynəlxalq Əlaqələndirmə Şurasına (MAB-İCC) və Bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəyə (CIGEPS) namizədliyini irəli sürmüşdü. Seçkilərin nəticəsi ölkəmiz üçün müsbət olub və Azərbaycan YUNESKO-nun hər iki yardımçı orqanına üzv seçilib.
YUNESKO-nun “İnsan və biosfer” proqramı Beynəlxalq Əlaqələndirmə Şurası 34 üzv dövlətdən ibarətdir və ölkələr arasında biosfera sahəsində beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi, biosfer qoruqların mühafizəsi və qorunması ilə bağlı lazımi mexanizmlərin yaradılması ilə məşğuldur. Bu Şuraya üzvlük ölkəmizə dünyada biosfer qoruqlarının mühafizəsinə öz töhfəsini verməyə və Ümumdünya Biosfer Qoruqlar Şəbəkəsinə yeni qoruqlarını daxil etməyə imkan verəcəkdir.
Bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitə 18 üzv ölkədən ibarətdir və bədən tərbiyəsi və idman sahəsində beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsinə töhfə verir. “Bakı-2015” birinci Avropa Oyunlarını uğurla keçirilməsi və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, eləcə də həm yerli, həm də beynəlxalq səviyyədə bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi dəstək ölkəmizin bu komitəyə üzv seçilməsində böyük rol oynayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info