Stokholmda Xocalı faciəsi ilə bağlı aksiya keçiriləcək
Tarix: 14.02.2013 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


“Bu aksiya 50 milyonluq azərbaycanlı adından erməni vəhşiliyinə qarşı hazırlanır”

Stokholmun mərkəzində Xocalı faciəsinin ildönümü münasibəti ilə etiraz aksiyası keçiriləcək. Bu haqda qəzetimizə aksiyanın təşkilatçılarından biri, İsveçdə yaşayan soydaşımız, hüquqşünas Babək Azəri məlumat verib: “26 fevral 1992-ci ildə ermənilərin silahlı qüvvələri rus ordusunun yardımı ilə Xocalı şəhərinə hücum edib, 613 nəfəri qətlə yetirib, yüzlərlə Azərbaycan türkünün cəsədini yandırmışdılar.

Qeyd etməliyik ki, yandırılanların içində yaralılar və dirilər də olmuşdu. 1275 nəfəri girov götürüb nizamlı formada ağır işgəncəyə məruz qoymuşdular. Xocalı faciəsi barədə çox yazmaq, danışmaq olar, amma yaxşı olar ki, Xocalıda nə baş verdiyi barədə ancaq bir nümunə ermənilərin öz dilindən eşidək. Keçən il Türkiyənin bir telekanalı Xocalı faciəsi ilə bağlı erməni həkim Zori Balayanın etiraflarını yaymışdı. Bu etiraflar türk millətini şok etmişdi. Erməni həkim yazdığı “İnsan ruhunun yeni doğuşu” kitabında etiraf edir ki, Xocalı qətliamında onun iştirakı olub və 13 yaşlı bir azərbaycanlı qız uşağının diri-diri dərisini soyub. Onun etirafına görə, bu günahsız uşağı erməni əsgərləri pəncərə çərçivəsinə diri-diri mıxlamışdılar, o, bu uşağın dərisini soymağa başından başladığını, sonra sinəsini və qarnını soyduğunu deyir. Bu balaca uşaq 7 dəqiqə sonra qan itirmə nəticəsində vəfat edib. Zori Balayan etiraf edir ki, etdiyi əməldən peşman deyil, əksinə ermənilərin azərbaycanlılardan intiqamını aldığı üçün fəxr edir. O etiraf edir ki, bu onun etdiyi tək hadisə deyil, digər 3 uşağın üzərində də bu əməliyyatı edib, yəni 4 uşağın diri-diri dərisini soyub. İlk dəfə olaraq bu cinayətkar həkimi azərbaycanlı anatomiya mütəxəssisi doktor Mübariz Allahverdiyev ifşa edib. O özü Xocalı qətliamından sonra məntəqəyə gedib qətlə yetirilənlərin cəsədlərini müayinə edib. O qeyd edir ki, mən hər gün cəsəd üzərində müayinə aparmağıma baxmayaraq, Xocalıda gördüyüm cəsədlər məni dəhşətə gətirdi. Çünki onlar üzərində hədsiz vəhşiliklər edilmişdi. Biz, Stokholmda yaşayan azərbaycanlılar bu vəhşiliklərə etiraz etmək üçün Stokholmun mərkəzində cinayətkar Ermənistan hakimiyyətinə qarşı etiraz aksiyası aparacağıq”.
Xatırladaq ki, şüarı “Nə unudacağıq, nə bağışlayacağıq!” olan bu aksiya ilə bağlı Stokholmda yaşayan azərbaycanlılardan ibarət bir işçi qrupu yaradılıb. Qrupda həm ayrı-ayrı fərdlər, həm də təşkilatlar iştirak edirlər. Aksiyanın təşkili və aksiyada necə hərəkət ediləcəksə, əvvəldən axıra kimi hər şey müəyyən olunub. B.Azəriyə görə, bu aksiya 50 milyonluq azərbaycanlı adından erməni vəhşiliyinə qarşı hazırlanır: “Hər bir iştirakçı etiraz aksiyasına gəlməmişdən öncə aksiyanın gedişatından xəbərdar olacaq. Etiraz aksiyasında fəal iştirak etmək, xüsusən, azərbaycanlıların insani, milli, əxlaqi vəzifəsi sayılır. Belə bir demokratik və şəffaf halda öncədən məlumat vermək, ümid edirik ki, səbəb olacaq ki, hamımız belə dar günümüzdə əl-ələ verib bir vahid millət kimi ortaya çıxaraq qanı yerdə qalan şəhidlərimizə ədalət tələb edək”.
FUAD




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info