Barak Obama prioritetlərini açıqladı
Tarix: 14.02.2013 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Barak Obama ikinci dəfə ABŞ-ın prezidenti seçildikdən sonra Konqresdə ilk çıxışını edib. ABŞ prezidenti ikinci səlahiyyət müddətinin əsas prioritetlərini açıqlayıb. Bu prioritetlər arasında Əfqanıstan, Suriya, eləcə də İran və Şimali Koreyanın nüvə proqramı var.
Obama 2014-cü ilin sonuna kimi Amerika qüvvələrinin Əfqanıstandan tamamilə çıxarılacağını bəyan edib. Onun sözlərinə görə, gələn ilin əvvəlindən artıq 34 min Amerika hərbçisi Əfqanıstan hərbi bazalarını tərk etməyə başlayacaq. ABŞ prezidenti terrorla mübarizənin əsas prioritet olaraq qalacağını bəyan edib.
“Düzdür ki, Ərəbistan yarımadasından Afrikaya kimi “Əl-Qaidə” ilə əlaqəli müxtəlif ekstremist qruplaşmalar meydana gəlib. Bu qruplaşmaların törətdiyi təhlükə artmaqdadır. Lakin bu təhlükəni aradan qaldırmaq üçün başqa millətləri işğal etməyə on minlərlə hərbçimizi göndərmək lazım deyil. Əvəzində, Yəmən, Liviya və Somali kimi ölkələrə kömək etməliyik ki, öz təhlükəsizliklərini özləri qorusunlar. Həm də Malidə olduğu kimi, terrorçularla mübarizədə müttəfiqlərimizə yardım etməliyik” -deyə ABŞ prezidenti vurğulayıb. B.Obama çıxışında nüvə silahı təhlükəsi barədə də danışıb. Qeyd edib ki, Amerika dünyanın ən təhlükəli silahının yayılmasının qarşısını almaqda öndə gedən ölkələrdən biri olmağa davam edəcək: “Şimali Koreya rejimi bilməlidir ki, onlar öz təhlükəsizliklərini və inkişaflarını yalnız beynəlxalq öhdəliklərinə cavab verməklə əldə edə bilərlər. Ötən gün müşahidə etdiyimiz təxribat xarakterli addımlar yalnız onları bir az da təcrid edəcək. Biz öz raket müdafiəmizi gücləndirməyə və bu kimi təhlükələrə sərt cavab verməyə davam edəcəyik”. Konqresdə çıxışında Barak Obama həmçinin ölkənin iqtisadi artımının prioritetlərdən biri olduğunu deyib və Konqres üzvlərini büdcə kəsirinin azaldılması, dövlət xərclərinin ixtisar edilməsi, yeni iş yerlərinin açılması və vergi islahatları məsələləri üzərində ciddi çalışmağa çağırıb.
ASİF




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info