ATƏT-dəki nümayəndəliyimiz erməni tərəfinin ittihamlarına cavab verib
Tarix: 13.11.2015 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


“Təmas xəttində dinc sakinlər əsasən Azərbaycan ərazisində yaşayır”.
Bu barədə Azərbaycanın ATƏTyanındakı nümayəndəliyinin bəyanatında deyilir.
Ermənistan nümayəndəliyinin təmas xəttində baş verən gərginliklərdə Azərbaycanı günahlandırmasına cavab olaraq verilən bəyanatda qeyd olunur ki, münaqişədən əvvəl işğal olunmuş Azərbaycan torpaqlarında erməni əsilli dinc sakinlər yaşamayıb: “Əgər onlar indi orada varsa, onda bu, 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının pozulması deməkdir. Əgər Ermənistan onları orada müdafiə olunmaq məqsədi ilə saxlayırsa, deməli bu öhdəlikləri pozur”.
Daimi Nümayəndəliyinin bəyanatında vurğulanır ki, Dağlıq Qarabağmüstəqil deyil və faktiki olaraq Ermənistan onu rəsmən tanımayıb: “Əslində bu münaqişə üzündən Ermənistanın müstəqilliyi də təhdid altındadır. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri 20 il əvvəl qəbul olunub. Nə zaman qəbul edilməsindən asılı olmayaraq, bu sənəd üç həmsədrin mandatını müəyyən edir. Onlar bu mandata əməl etməlidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bütün elementlərinə baxmağa və müzakirə etməyə hazırdır. Lakin eyni hazırlığı və iradəni Ermənistan tərəfdən görmürük. Hörmətli vasitəçilərimiz Ermənistanı bu elementlərə baxmağa sövq etmirlər”.

Ermənistan nümayəndə heyətinin Azərbaycandan getmiş qaçqın və məcburi köçkünlərinin olması məsələsini qaldırmasına gəldikdə isə Azərbaycan Daimi Nümayəndəliyi bu kimi hallardan təəssüfləndiyini bəyan edib: “Sumqayıt və digər Azərbaycan şəhərlərində baş verən hadisələrdə xarici qüvvələrin qızışdırdığı təxribat halları da olub. Buna görə də əgər istəyirsinizsə, sizə bu hadisələri yenidən araşdırmağı təklif edirik. Biz də həmçinin münaqişəyə səbəb olan və azərbaycanlılara qarşı aktları həyata keçirən təxribatçıların məsuliyyətə cəlb edilməsini istəyirik. Əgər hökumətinizin bunu etməyə istəyi varsa, onda həmin vaxt baş verən hadisələrin araşdırılması işində bizə qoşulun”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info