Bakıda gömrüklə bağlı ikigünlük seminar keçirilir
Tarix: 13.11.2015 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusuna dair seminar işə başlayıb.
Seminar iki gün davam edəcək. Seminarın ilk günündə çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov gömrük sahəsində görülən işlər barədə ətraflı məlumat verib.
O, aparılan uğurlu işlər sayəsində gömrük proseduraları və əməliyyatlarının sadələşdirildiyini, bunun həm bu sahədə çalışanlar, həm də vətəndaşlar üçün qənaətbəxş olduğunu vurğulayıb: “Maddi-texniki bazanın yenilənməsi, kadr potensialının peşəkarlığının artırılması, gömrük-biznes əməkdaşlığında yeni istiqamətlər işimizin əsasını təşkil edir. O cümlədən, mütəmadi olaraq bu cür seminarların keçirilməsi tərəfimizdən aparılan islahatların təqdimatı xarakteri daşıyır. İndiyədək tərəfimizdən 40-a yaxın normativ hüquqi aktın qəbuluna nail olmağımız da bu sahədəki uğurlarımızdandır”.
C. Qasımov bildirib ki, gömrük orqanlarına işə qəbul olunmaq istəyənlər üçün də bu cür seminarlar təşkil olunub: “Son iki ildə isə Dövlət Gömrük Akademiyasında gələcək gömrükçülər yetişir. Biznes subyektləri ilə əməkdaşlığın genişləndirilməsində bu cür seminarların keçirilməsi vacibdir”.
O vurğulayıb ki, seminarın birinci günündə bəyannamə proseduru barədə məlumat veriləcək, tədbirin ikinci günündə isə idxal-ixrac əməliyyatları, gömrük-keçid məntəqələrində sərhəd məsələləri müzakirə olunacaq: “Sərhədlərdə infrastrukturun genişləndirilməsi üçün əlverişli işlər görülüb. Malların əsas hissəsi 20 dəqiqədən az bir vaxtda gömrük nəzarət xidmətindən keçir. Bu məsələnin daimi nəzarətdə saxlanması, müəyyən olunan vaxt ərzində reallaşdırılması hər zaman diqqət mərkəzindədir”.
Seminarda gömrük bəyannaməsi mövzusunda təqdimat olub. Gömrük Nəzarəti Təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadə “Bəyannamə proseduru” mövzusunda çıxış edib, sualları cavablandırıb.
Daha sonra “Gömrük əməliyyatları və prosedurları”, “Gömrük sərhəd keçid proseduru. Prosedurun sadələşdirilməsi üsulları” mövzusunda dinləmələr olub.
Seminarın ikinci günündə isə “Daşıyıcının və bəyannaməçinin məsuliyyəti”, “Gömrük orqanlarında risklərin idarə edilməsi”, “Gömrük ödənişlərinin hesablanılması, tətbiqi və ödənilməsi prosesi”, “Malın gömrük dəyərinin, XİFMN üzrə kodunun, mənşə ölkəsinin və mala dair digər məlumatların düzgün müəyyən edilməsinin gömrük ödənişlərinin tətbiqinə təsiri” mövzusunda dinləmələr olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info