DGK sahibkarlar üçün yeni bəyannamə normaları tətbiq etməyə hazırlaşır
Tarix: 13.11.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dövlət Gömrük Komitəsi sahibkarlar üçün yeni bəyannamə normaları tətbiq etməyə hazırlaşır”.
Bunu bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusuna dair seminarda Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadə deyib.
Onun sözlərinə görə, komitə yeni, qısa idxal və ixrac bəyannamələrini tətbiq edilməsinə hazırlaşır: “Bununla da idxal-ixrac əməliyyatlarında sahibkarlar vaxt udmuş olacaqlar”.
O qeyd edib ki, həmçinin boru və elektrik xətləri vasitəsi ilə idxal-ixrac əməliyyatları aparan sahibkarlar üçün natamam bəyannamələrin tətbiq ediləcək: “Bilirsiniz ki, tam gömrük bəyannaməsində 54 bənd var. Amma yeni bəyannamələrdə bu bəndlərin bir çoxu çıxarılıb. Yəni, sahibkar yeni bəyannaməni doldurur və tam bəyannamədə olan bəzi bəndləri isə 30 gün müddətində cavablandırıb, gömrük orqanlarına təqdim edir".
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub
24.09.2018
Dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi artıb
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info