Tarix İnstitutu müstəqillik dövrünə aid yeni kitab hazırlayacaq
Tarix: 13.11.2015 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Elmi Şurada Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağındakı parlaq nitqinin əhəmiyyətini xüsusi vurğulayıb. Ölkə başçısı AMEA-nın yubileyindəki nitqində tarix elmlərindəki son duruma toxunmuş və bildirmişdir ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb, İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub: “Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır”. Prezident daha sonra nitqində müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərin yaradılması vaxtının gəlib çatdığını qeyd etmişdir: “Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər”. Yaqub Mahmudov dövlət başçısının tarix elmləri haqda dediklərini Tarix İnstitutunun fəaliyyətinə verilən ən yüksək qiymət kimi dəyərləndirmiş və bildirmişdir ki, Elmi Şuranın iclasında gündəliyin baş məsələsi müstəqillik dövrünə həsr edilən “Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə” adlı yeni kitabın nəşrə hazırlanmasıdır. Y.Mahmudov kitabın nəşri ilə bağlı tarixçi-alimlərə konkret tapşırıqlarını verib və bildirib ki, ölkə başçısı tərəfindən tarixçi-alimlərin qarşısına olduqca məsul vəzifə qoyulub: “Cənab Prezident Tarix İnstitutunda aparılan tədqiqatların birbaşa təşəbbüskarıdır. İnstitutdakı araşdırmalar dövlət başçısının çağırışları və tapşırıqları əsasında həyata keçirilir”. Tarix İnstitutunun Elmi Şurasında dövlət müstəqilliyinin 25 illiyinə həsr olunacaq kitabın müəllif heyəti məyyənləşdirilib. Yaqub Mahmudov Elmi Şurada tarixçi-alimlərə kitabın hazırlanması ilə bağlı tapşırıqlarını verib və kitabın yazılması ətrafında elmi müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info