Həkimlər də Ermənistanı tərk etməyə başladı
Tarix: 13.11.2015 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Ermənistanın əsas ixrac məhsulu olan misin qiyməti dünya bazarında aşağı düşüb

Xatırlayırsınızsa, bir müddət bundan əvvəl erməni rəsmiləri Rusiyanın əməkçi miqrantlarla bağlı qəbul etdiyi yeni qanuna rəğmən, Ermənistanın bu ölkə ilə strateji tərəfdaşlığını önə çəkərək erməni miqrantlara xüsusi status verilməsini xahiş etmişdi. Lakin belə görünür ki, ermənilərin bütün bu səyləri əbəsmiş. Çünki artıq Rusiyda əməkçi miqrantlara ehtiyac qalmayıb.
Ermənistan İşəgötürənlər İttifaqının sədri Qaqik Markaryan «Joxovurd» nəşrinin əməkdaşı ilə söhbətində son dövrlər ölkəni informasiya texnologiyaları sahəsində çalışan mütəxəssilərlə yanaşı, həkimlərin də tərk etdiyini etiraf edib
Onun sözlərinə görə, həkimlərin əksəriyyəti onlara daha əlverişli şərait təklif edilən Almaniyaya üz tuturlar.
Ermənistandakı sadə insanların yaşayış tərzinə toxunan Markaryan ölkə vətəndaşlarının uzun illər iş üçün Rusiyaya üz tutduqlarını, lakin bu il onların əksəriyyətinin Ermənistada qaldığını, gedənlərin isə yenidən geri qayıtdıqlarını bildirib: «Mənə verilən məlumata görə, Rusiyaya iş üçün gedən erməni sürücülərin əksəriyyəti artıq iş tapa bilmədikləri üçün geri qayıdıblar. Rusiyaya tətbiq edilən qadağalar üzündən hazırda bu ölkədəki tikinti proqramları da səngiyib. Bu, erməni miqrantların çalışdığı tikinti sahələrindən də yan keçməyib və onların geri qayıtmasına səbəb olub».
Məsələ bundadır ki, geri dönən ermənilər Ermənistanda da işsizdirlər. Bunları eniraf etmək məcburiyyətində qalan «Tert.am» saytı Ermənistan üçün önəmli daha bir məlumat verib. Məlumatda bildirilir ki, son günlər dünya bazarında misin qiymətdən düşməsi, Ermənistan iqtisadiyyatı üçün yeni fəsadlar yarada bilər. Ermənistan hökumətinin gözünü dikdiyi mineral xammal istehsalı da dünya bazarında tənəzzülə uğramaqdadır.
Haşiyə çıxaraq qeyd edək ki, bir müddət bundan əvvəl Ermənistanın baş naziri olmuş Qrant Baqratyan Azərbaycanın işğal altındakı ərazilərində mis yataqlarının tamamilə talandığını açıqlamışdı. Bununla yanaşı o, Ermənistanda mis hasilatındakı tempi nəzərə çatdıraraq: «Əgər belə davam edərsə, yaxın gələcəkdə ölkədə mis yataqları da tükənəcək» -deyə bildirmişdi.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info