“Digiturk”lə əməkdaşlıq çərçivəsində bütün “Bakcell” abunəçiləri üçün LIG TV canlı yayımları
Tarix: 13.11.2015 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


“Bakcell” şirkəti Türkiyənin ilk və aparıcı rəqəmsal televiziya yayım platforması olan “Digiturk” şirkəti ilə yeni tərəfdaşlığa başladığını elan edir. “Digiturk” ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində “Bakcell” İP və mobil əsaslı xidmətlər üzrə “Digiturk” şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq, bütün Bakcell müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə futbol azarkeşləri üçün LİG TV kanalını təqdim edəcək.
Bu tərəfdaşlığın bir hissəsi kimi, “Bakcell” “Qoş və Coş” xidməti çərçivəsində özünün əyləncəli xidmətlər paketini təqdim edir. “Digiturk”lə tərəfdaşlıq bu paket daxilində ilk xidmətdir və gələcəkdə abunəçilərə maraqlı video məzmun təqdim edəcək başqa bir layihə ilə tanış olacaqlar. İndi “Bakcell” abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə Digiturk şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalı istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.
“Bakcell” hazırda Azərbaycanda ən qabaqcıl və ən böyük 4G LTE operatorudur. Bu təkliflə biz abunəçilərimizə təqdim etdiyimiz nadir xidmətlərin sayını artırırıq ki, onlar bizim yüksək sürətli LTE şəbəkəmizdən tam faydalana bilsinlər. Biz Türkiyənin ilk və ən böyük rəqəmsal platforması olan “Digiturk”lə tərəfdaşlıqdan məmnunuq. Bu tərəfdaşlıq əlaqələri sayəsində Bakcell öz abunəçilərinin sevimli TV kanallarını onlara daha da yaxınlaşdırır və sadəcə bir toxunuşla həmin TV proqramları izləmələrinə imkan yaradır. Biz inanırıq ki, canlı TV kanalları, təkrar izləmə imkanı və bir çox başqa formalarda xidmətlərin Azərbaycanda ilk dəfə olaraq istifadəyə verilməsi bizim mobil internet xidmətinə yeni bir məna verəcək və abunəçilərimiz üçün daha çox dəyər yaradacaq. LİG TV kimi premium idman kanallarını izləmək abunəçilərimizə “Bakcell” xidmətlərindən daha çox yararlanmaq şansı verəcək”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
“Digiturk” şirkətinin LİG TV idman kanalı hazırda Türkiyə Super Liqasının yayım hüquqlarına sahibdir. Öz həyatlarını futbolsuz təsəvvür edə bilməyən “Bakcell” abunəçiləri LİG TV-də yayımlanan eksklüziv kontenti güzəştli qiymətlərlə izləmək imkanına malik olacaq.
“Digiturk” şirkətinin baş icraçı direktoru Ertan Özerdem: “Digiturk” olaraq, biz Türkiyə ilə çox güclü mədəni və tarixi əlaqələrə malik olan Azərbaycanda xarici sərmayələrimizi yatırmaqda davam edirik. Bu çərçivədə, biz fəaliyyət göstərdiyi sektorda nüfuzlu brendə sahib olan “Bakcell” şirkəti ilə müqavilə imzalamışıq. Bu müqavilə Türkiyə Futbol Liqası, Türkiyə Basketbol Liqası oyunlarının və “Digiturk”ün 100-dən çox müxtəlif kanallarının “Bakcell” abunəçiləri üçün yayımını əhatə edir. Bu müqavilə sayəsində biz “Digiturk”ün innovativ IP və mobil xidmətlərini qonşu ölkədə yaşayan dostlarımıza təqdim edə biləcəyik. Ümid edirəm ki, bu əməkdaşlıq hər iki tərəf üçün çox uğurlu və faydalı olacaq. Rəqəmsal yayım sahəsində Türkiyənin aparıcı texnoloji şirkəti olaraq, biz insanların həyatının daha da yaxşılaşdırılmasına hədəflənən yeni layihələr yaratmaqda davam edəcəyik və bu istiqamətdə “Bakcell” ilə əməkdaşlıq etməkdən çox məmnunuq”.
“Digiturk” Mobil TV tətbiqetməsindən həm iOS, həm də Android platformasından istifadə edən “Bakcell” abunəçiləri yararlana bilərlər. Həmçinin, aşağıda təqdim olunan link vasitəsi ilə abunəçilər kanalları fərdi kompüter və noutbuklarında internet üzərindən izləyə bilərlər: http://www.digiturkplay.com/
Aktivasiya kodu yeni təklifə abunə yazılan bütün abunəçilərə verilir.
“Digiturk” kanallarını mobil cihazlarda və masaüstü kompüterlərdə izləmək üçün Bakcell xüsusi mobil paketini təqdim edəcək. “Digiturk”ün mobil xidmət paketlərini seçərək, Bakcell abunəçiləri 100-dən çox məşhur televiziya kanalı ilə təqdim olunan eksklüziv futbol, idman, xəbərlər və əyləncə məzmunundan zövq alacaqlar. TV kanallarının siyahısını bu linkdən əldə edə bilərsiniz: digiturk.bakcell.com
Sür@ paketlərindən birini alan bütün”Bakcell” abunəçiləri Digiturk Mobil Yayımına pulsuz abunə yazıla biləcəklər. Paketi aldıqdan sonra, abunəçilər hesabı onlayn aktivləşdirmək üçün 24 saat ərzində aktivasiya kodunu və linki alacaqlar. Aktivləşdirmə kodu 7 gün ərzində qüvvədə olacaq.
Bakcell öz abunəçilərinə data kartlar və planşetlər üçün 4 tarif təklif edir:
Data Karlar və planşetlər üçün
Paketlər Həcm Aylıq bonus Qiymət Aktivləşdirmə
Sür@ planşet 5 GB 5 GB 15 AZN/ay *134*55#YES
Sür@ – 1 10 GB 5 GB 20 AZN/ay *134*105#YES
Sür@ – 2 35 GB 5 GB 40 AZN/ay *134*355#YES

Smartfonlar və planşetlər üçün
Paketlər Həcm Aylıq bonus Qiymət Aktivləşdirmə
Sür@ smartfon 1 GB 2 GB 10 AZN/ay *134*3#YES

Yuxarıda göstərilən paketlərdən hər hansı birini almaqla,”Bakcell” abunəçiləri mobil cihazlarında (smartfon, planşet) internetdən istifadə etmək və “Digiturk” kanallarını izləmək, eləcə də pulsuz “Digiturk” SPORT TV paketinə abunə yazılmaq üçün data trafiki əldə edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info