Səlim Müslümov: “Ölümün səviyyəsi azalıb”
Tarix: 13.11.2015 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb. S.Müslümov ölkəmizin dinamik sosial-iqtisadi inkişafının təmin olunması məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nailiyyətlərindən biri kimi, respublikamızda sabit demoqrafik vəziyyətin hökm sürdüyünü, demoqrafik göstəricilərin ilbəil yaxşılaşdığını vurğulayıb: “Bu gün Azərbaycan əhalinin 1,3 faizlik illik artımına görə Avropa məkanında ilk yeri tutur. Əhali sayının 9 milyon 666 min nəfərə çatdığı ölkədə sosial rifah səviyyəsinin getdikcə yaxşılaşması, səhiyyə sisteminin təkmilləşməsi, doğulanda gözlənilən ömür uzunluğunun da artaraq ötən il üçün 74,2 yaş, o cümlədən kişilərdə 71,6 yaş, qadınlarda 76,8 yaş təşkil etməsinə səbəb olub. Həmçinin körpə ölümü halları 1990-cı illə müqayisədə təqribən 2 dəfədən çox aşağı düşüb. Eləcə də 2000-ci illə müqayisədə körpə ölümü hər 1000 nəfər diri doğulana orta hesabla 16,4-dən 2014-cü ildə 10,2-ə qədər azalıb”.
S.Müslümov Azərbaycanda ölümün səviyyəsinin nisbətən aşağı və sabit səviyyə ilə səciyyələndiyini bildirib: “Lakin çoxsaylı insan ölümünə səbəb olmuş Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-1994-cü illərdə ölüm səviyyəsinin göstəricisi xeyli artmışdı. Sonrakı illərdə Azərbaycan ilə Ermənistan arasında atəşkəs əldə olunduqdan sonra ölümün səviyyəsi azalıb və 2014-cü ildə əhalinin hər 1000 nəfərinə 5,9 nəfərə enib”.
Nazir qeyd edib ki, 1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul edilib. Bu Proqram uğurla icra olunub və növbəti mərhələ, yəni yaxın 10 il üçün “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Layihə ictimaiyyətin geniş iştirakı, habelə BMT-nin Əhali Fondunun ekspert dəstəyi şəraitində daha da təkmilləşdirlib”.
S.Müslümov bildirib ki, əvvəlki sənədlərdə olduğu kimi, bu layihənin hazırlanmasında, ümumiyyətlə, ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı ilə bağlı siyasətin aparılmasında BMT-nin 1994-cü ildə Qahirə konfransında qəbul etdiyi “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının müddəalarına daim xüsusi önəm verilib: “Eyni zamanda BMT-nin 2015-ci ildən sonrakı dövr üçün irəli sürdüyü vacib prinsiplər və eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının prioritetləri diqqətdə saxlanılıb”. Nazir gələcəkdə də BMT-nin Əhali Fondu ilə səmərəli əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
B.Osotimehin Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində müsbət proseslərin BMT-nin Əhali Fondu tərəfindən maraq və rəğbətlə izlənildiyini vurğulayıb. O, təmsil etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığı gələcəkdə də məqsədyönlü şəkildə davam etdirmək əzmində olduğunu bildirib.
Görüşdə Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramının layihəsi və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info