“Focus”: “Gürcü mafiyası oğru bandalarını Almaniyaya yollayır”
Tarix: 13.11.2015 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


“Bu cür böyük etnik cinayətkar strukturların əsas fiqurları bu strukturları onların fəaliyyət göstərdikləri ölkələrdən kənarda idarə edir”

Avropa ölkələrində çoxlu sayda qaçqın kütlələrinin toplanmasından istifadə edən gürcü mafiyası həmin ölkələrə “qaçqın” adı altında maskalanmış oğruları göndərməyə başlayıb. Bir neçə ay keçəndən sonra onlar yenidən Gürcüstana geri dönürlər. Bu barədə alman jurnalı “Focus” yazır.
Jurnal bu barədə belə bildirir: “Almaniyanın sərhədlərində toplanmış çoxlu sayda qaçqın kütləsinin mövcudluğu üzündən, ölkənin ərazisinə daxil olmaq ötən iki illə müqayisədə xeyli sadələşib. Bunun nəticəsində Almaniyada çoxlu sayda Gürcüstan vətəndaşları peyda olub. Onlar qaçqın adı altında maskalanıblar, yaxud Almaniyadan sığınacaq istəyirlər. Əslində isə niyyətləri və özlərini saldıqları situasiya tamam başqadır”. Bu barədə Almaniya vilayəti olan Bavariyanın kriminallar üzrə polis rəisi İohan Venqenmayr da danışıb. Onun sözlərinə görə, iki ay keçəndən sonra həmin oğru gürcülərin böyük hissəsi soyduqları mallarla geriyə Gürcüstana dönürlər. Venqenmayrın sözlərinə görə, əslində mafiya tərəfindən göndərilmişgürcülər, ümumiyyətlə, sığınacaq almaqda maraqlı görünmürlər: “Belə bir halda, onlara barmaq izlərini təqdim etmək lazım gəlir. Bəs hansı oğru buna razı olar? Mən təxmin edirəm ki, onların böyük hissəsi hansısa yollarla bu qeydiyyatdan yayınıblar. Həm də böyük qaçqın kütləsinə görə, nəzarət səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşüb”.
Bütün bu qeyd edilənlərlə alman kriminallar üzrə polis İttifaqının sədri Endi Noyman razıdır: “Bu cür böyük etnik cinayətkar strukturların əsas fiqurları bu strukturları onların fəaliyyət göstərdikləri ölkələrdən kənarda idarə edir”.
Problemin aktuallığı yaydan başlayaraq daha da artıb.
Noyman və Venqenmayr hesab edirlər ki, problemə görə cavabdehlik birinci növbədə siyasətlə bağlıdır: onların fikrincə, polisdə bu cür bandalarla mübarizə aprmaq üçün yetərincə resurslar yoxdur: “Siyasətçilər daxili təhlükəsizlik üçün məsuliyyət daşıyırlar. Bununla yanaşı, onlar daim büdcəni kəsirlər və bu zaman cinayətkarlıqla mübarizə daha ağır və bahalı işə çevrilir. Biz öz imkanlarımız çərçivəsində işləyirik, amma bununla yanaşı, daim geridə qalırıq”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info