AHİK-in sədri Türkiyədə “Əmək İyirmiliyi”nin iclasında iştirak edir
Tarix: 14.11.2015 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində “Böyük İyirmiliy”in sammiti keçiriləcək.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat xidmətindən bildiriblər ki, sammit çərçivəsində “Əmək İyirmiliyi” (L20) adlı tədbirin iştirakçılarının noyabrın 13-də Antalyada görüşü başlayıb. Beynəlxalq Həmkarlar İttifaqları mərkəzlərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə “Böyük İyirmilik” ölkələrinin fəaliyyət planlarının və gələcək prioritetlərinin qiymətləndirilməsi, minimal əməkhaqqı, təchizat zəncirində kooparativ gücün müəyyənləşdirilməsi, iqlim, ədalətlə keçid və sənaye transformasiyası, qeyri- bərabərlik və əmək haqqı bölgüsü, bütün dünyada keyfiyyətli iş yerləri və digər mövzularda müzakirələr aparılıb.
Türkiyə Həmkarlar İttifaqlarının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Rusiya Həmkarlar İttifaqlarının və bir sıra digər həmkarlar ittifaqları mərkəzlərinin nümayəndələrinin qatıldığı iclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev də iştirak edir. İclas işini noyabrın 14-də də davam etdirəcək. Tədbir iştirakçıları Türkiyənin Antep şəhərində məskunlaşan suriyalı qaçqınlarla görüşüblər.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info