“Gənclər bizi istəməyən qüvvələrə açıq mesaj verməlidirlər”
Tarix: 14.11.2015 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbələr Birliyinin elan etdiyi “Tələbə Həftəsi” çərçivəsində növbəti tədbir Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinində təşkil edilib. Keçirilən tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Yeni Azərbaycan Partiyasının gənc üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov tələbələrin ölkəmizin həyatında oynadığı xüsusi rolu vurğulamış və tələbələrin cənab Prezidentin siyasəti ətrafında sıx birləşməli olduğunu qeyd edib. Tədbirin mahiyyətindən, “Tələbə Həftəsi”nin önəmindən danışan Seymur Orucov qeyd edib ki, Azərbaycan Tələbələr Birliyinin hər il keçirdiyi “Tələbə Həftəsi”nin xüsusi önəmi var.
Daha sonra çıxış edən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov da Yeni Azərbaycan Partiyasının tələbə olan gənc üzvlərini salamlayaraq, Azərbaycan Tələbələr Birliyinin fəaliyyəti və “Tələbə Həftəsi” barədə geniş məlumat verib. Elvin Aslanov bildirib ki, YAP Gənclər Birliyi hakim partiyanın gənclər qolu kimi hər zaman ölkəmizin ictimai-siyasi həyatında önəmli yerlərdən birini tutur. Öz çıxışında Elvin Aslanov gəncləri maraqlandıran bir neçə məqamı da vurğulayıb: “Siz tələbələr olaraq öz fəaliyyətinizi ictimai təşkilatlarda və ya siyasi partiyalarda qurmaqdan asılı olmayaraq, məqsədiniz hər zaman Azərbaycanın işıqlı gələcəyi və inkişafı olmalıdır. Bu yolda çalışan hər bir şəxs və qurum əməkdaşlıq etməli və güclərini səfərbər etməlidir. Bizim YAP Gənclər Birliyində keçirdiyimiz tədbir də bunun göstəricisidir. Biz gənclərin ölkəmizdə keçirilən uğurlu siyasətin, daha dəqiq desək isə dövlət gənclər siyasətinin carçısı olmağını istəyirik. Çünki, məhz Siz gənclər bir çox məqamda bizi istəməyən qüvvələrə açıq mesaj verməlisiniz. Deməlisiz ki, bu ölkənin, dövlətin gələcəyi məhz Sizlərsiz. Hər hansı xarici qüvvələrin oyuncağına çevrilmiş olanlar deyil.”
Daha sonra çıxış edən gənclər də öz fikirlərini bildirib və suallarını veriblər. Sonda qeyd edilən mövzu ətrafında açıq müzakirə aparılıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info