Beyrutdakı partlayışların məsuliyyətini “İŞİD” üzərinə götürüb
Tarix: 14.11.2015 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


“İŞİD” qruplaşması Beyrutda baş verən partlayışların məsuliyyətini öz üzərinə götürüb.”Euronews” telekanalı xəbər verir ki, partlayışlar noyabrın 12-də axşam saatlarında Livan paytaxtının cənub kənarındakı Bürc-əl-Baradcna rayonunda baş verib.
Bu bölgədə əsasən yaraqlıları Suriyada Bəşər Əsəd tərəfində döyüşən radikal “Hizbullah” təşkilatının fəalları məskunlaşıb. Hadisə nəticəsində 40 nəfərdən çox insanın həlak olduğu, 200 nəfərdən çoxunun isə yaralandığı bildirilir. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Livan mediasının məlumatına əsasən, partlayışlar poçt və ərzaq daşınması üçün nəzərdə tutulan motosiklet vasitəsi ilə hərəkət edən iki kamikadze tərəfindən törədilib. Partlayışlardan biri məscid və ticarət mərkəzinin qarşısındakı meydanda, digəri isə bir qədər sonra küçəyə insanların toplaşdığı vaxt baş verib. Faciə ilə bağlı Livanda milli matəm elan olunub. Xatırladaq ki, bu, Suriya münaqişəsinin başlanmasından və “Hizbullah” hərəkatının münaqişəyə cəlb olunmasından bəri Beyrutun şiələr yaşadığı rayonlarında baş verən ilk partlayış deyil. 2013-cü ilin noyabrında buradakı İran səfirliyinin qarşısında bir neçə partlayış törədilmişdi. Son iki ildə isə hərəkatın ofisləri və müəssisələri dəfələrlə hücumlara məruz qalıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info