Ənənəvi din dini radikalizmə qarşı həll yolu deyil!
Tarix: 16.11.2015 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Az öncə ANS TV-də "Beş barmaq" proqramını izlədim. Mövzu aktual məsələlərdən birinə - gənclərin radikal cərəyanlara qoşulmasının qarşısının necə alınması məsələsinə həsr olunmuşdu. Təəssüf ki, proqramda məsələnin əsl həllinə dair heç nə deyilmədi. Çox hörmət bəslədiyim tanınmış din xadimi Hacı Şahin radikalizmə qarşı ənənəvi din modelinin təbliği üzərində dayandı. Bəs "ənənəvi din" nədir? Hacı Şahin çıxışında hamının bildiyi iki məzhəbi vurğulayaraq, "ənənəvi dinin" sünnülük və şiəlik olduğunu bildirdi. Yəni radikalizmə qarşı “əsasən iki məzhəbi təmsil edən ənənəvi din təbliğ olunmalıdır” fikri həll yolu olaraq göstərildi. Ancaq qeyd etmək lazımdır ki, radikalizm adlı məzhəb yoxdur və ona qarşı ənənəvi məzhəbləri təbliğ etmək lüzumu da yoxdur. Radikal dindarlar məhz ənənəvi dinin içindən çıxan və ənənəvi dinə mənsub olan digər insanlardan fərqli olaraq, ənənəvi dindəki şiddət və cəza hökmlərini həyata keçirmək istəyən insanlardır. Bunu asanlıqla isbat etmək mümkündür. Dini bilgisi olmayan hər kəsin bu həqiqəti görməsini misallarla təmin etmək olar. Məsələn, ənənəvi dinin hər iki məzhəbinə aid qaynaqlarda dindən çıxan şəxsin mürtəd elan edildiyi, cəzasının isə ölüm olduğu ətraflı şəkildə izah olunur. Hətta ölüm hökmünün hansı formada yerinə yetirilməsinin daha məqsədəuyğun olması belə vurğulanır. Digər bir misal isə alkoqollu içki içən adamınçubuqla döyülməsidir. Ənənəvi dinin hər iki məzhəbində də alkoqollu içki içənin cəzası ən az 40 kötəkdən başlayır. Belə olduğu halda dini radikalizmə meyilli insanların tətbiq etmək istədikləri qaynaqlarla bizim radikalizmə qarşı təbliğ etmək istədiyimiz qaynaqlar eynilik təşkil edəcək. Yazdığım məlumatlar dəqiq mənbələrə əsaslanır. Bu hökmlər ənənəvi dinin hər iki məzhəbinin mötəbər qaynaqlarında öz əksini tapır. Elə isə biz radikalizmə qarşı radikalizmi təşviq edən ənənəvi dinin mənbələrini təkrar təbliğ edərək nə qazanacağıq? Təbii ki, bu günə qədər bütün dünyada bu yanlış həll yolu tətbiq edildiyi üçün heç bir nailiyyət əldə edilməmiş, əksinə "dini radikalizm" miqyasını daha da böyüdərək, demək olar ki, bütün dünyanı təhdid edəcək səviyyəyə gəlmişdir. Ancaq təəssüf ki, proqramın heç bir qonağı radikalizmin həqiqi həll yolu olan "Qurandakı İslam" modeli üzərində dayanmadı. Çünki ənənəvi dindən fərqli olaraq Qurandakı İslam modelində dindən dönən insana cəza verilmir və ya ənənəvi dindən fərqli olaraq Qurandakı İslamda alkoqollu içki içənə də heç bir cəza yoxdur. Tam əksinə, Qurandakı İslam modeli "dində məcburiyyət yoxdur" deyərək insanların istədiyi dini seçməsinə və fikir dəyişdirməsinə sərbəstlik verir. Həmçinin Quran alkoqollu içki içməyi günah bilsə də, bunu edən şəxs üçün ənənəvi İslam modelindən fərqli olaraq içən insana çubuqla döyülmə cəzası kəsmir. Bu misalları istədiyimiz qədər artıra bilərik. Qurandakı İslam və ya müsəlman modeli dünyəvi dövlət quruluşu ilə də ziddiyyət təşkil etmir. Sonda bir daha vurğulamaq istəyirəm ki, "dini radikalizmə" qarşı "ənənəvi İslam" modeli ilə çıxmaq olmaz. Çünki radikal dini meyilli insanlar bu hökmləri məhz "ənənəvi dinin" mötəbər mənbələrinə əsaslanaraq əldə edirlər. Radikalizmə qarşı yeganə həll yolu İslamdakı sevgini, mərhəməti, tolerantlığı özündə əks etdirən Quran müsəlmanlığı modelidir ki, Peyğəmbərimiz (s.ə.v) də bu modelin ən gözəl nümunəsi olmuşdur.
Qeyd: Mənim yanlış saydığım məzhəblər deyil, Quranda olmadığı halda məzhəblərdə özünə yer tapmış şiddəti təşviq edən cəza hökmləridir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info