“Əkrəm Əylisli “İstiqlal” və “Şöhrət”dən məhrum edilsin!” Qarabağ QHT Koalisiyası bunu tələb edir
Tarix: 14.02.2013 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Qarabağ QHT Koalisiyası, qaçqın, məcburi köçkün, müharibə veteranları və şəhid ailələrini təmsil edən digər bir qrup qeyri -hökumət təşkilatları bir araya gələrək Əkrəm Əylislinin “Daş yuxular” əsərində millətimizin şərəf və ləyaqətini təhqir etdiyinə, tarixi təhrif edərək dövlətimizə və xalqımıza böhtan atdığına görə onun məhkəməyə verilməsi, həmçinin “İstiqlal” və “Şöhrət” ordenlərindən məhrum olunması üçün Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisi qarşısında məsələ qaldırılması barədə qərar qəbul ediblər.
Bu məqsədlə dünən Beynəlxalq Mətbuat Mərkəzində bu QHT-lər tərəfindən mətbuat konfransı keçirildi.
Konfransı giriş sözü ilə Qarabağ QHT Koalisiyasının və Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açaraq bildirdi ki, bir Azərbaycan vətəndaşı kimi Əkrəm Əylisli yazdığı bu “roman” ilə özünü, yaradıcılığını, şəxsiyyətini öz xalqı qarşısında ləkələdi: “O, əsl kimliyini bəyan edib, ermənipərəst mövqeyini, millətinə qarşı hansı hisslər daşıdığını utanmadan göstərdi. Lakin burada Əkrəm Əylislinin öz xalqına qarşı olan nifrətini, qəlbinə pərçimləmiş olduğu düşmən sevgisini anlamaq, dərk etmək olduqca çətindir. Anlamaq olmur ki, ağlı başında bir insan yaşadığı, çörəyini yediyi torpaqlara, o torpaqlarda yaşayan insanlara necə bu qədər xəyanət edə bilərmiş? Əkrəm Əylisli ömrünün qürub çağında Azərbaycan ziyalısına yaraşmayan hərəkətlərə yol verərək “Daş yuxular” romanı ilə bütün ölkəni silkələdi. Məlum oldu ki, Azərbaycan təkcə ön cəbhədə ermənilərə qarşı deyil, eyni zamanda arxa cəbhədə də erməni müdafiəçiləri ilə psixoloji mübarizəyə hazır olmalıdır. Çünki nə qədər ki, Azərbaycan torpaqlarının bir hissəsi düşmən tapdağı altındadır, düşmən fətvası ilə gələcəkdə belə əkrəmlərin sayı çox ola bilər”.
Vüqar Qədirov Əkrəm Əylislinin erməni diasporunun təbliğatçısı, erməni xüsusi xidmət orqanlarının satın aldığı bir vətən xaini olduğunu, onun Azərbaycandakı demokratik mühitdən, söz azadlığından faydalanaraq dövlətimizin iradəsi, xalqımızın hissləri, şəhidlərimizin narahat ruhları, əsirlikdə olmazın işgəncələrə məruz qalan ana-bacılarımızın ah-naləsi ilə alay etməyə, öz şəxsi məqsədlərini həyata keçirmək, dövlətimizi sarsıtmaq üçün alətə çevrildiyini vurğuladı: “Möhtərəm Prezidentimiz İlham Əliyevin Əkrəm Əylislini “Xalq yazıçısı” və Prezidentin fərdi təqaüdündən məhrum etməsi haqqında sərəncamı prezidentimizin nə qədər vətənpərvər və xalqın maraqlarını düşünən böyük bir şəxsiyyət olduğunu bir daha göstərdi. Buna baxmayaraq Əkrəm Əylislinin yalan, böhtan, təhqir dolu əsərciyindəki xəyanətlər cəzasız qalmamalıdır. O, “İstiqlal” və “Şöhrət” ordenlərindən də məhrum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Konfransda digər çıxış edən natiqlər - Qarabağ QHT Koalisiyasının İdarə Heyətinin üzvü Faiq İsmayılov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Marifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri Təhmasib Novruzov, Qarabağ QHT Koalisiyasının İdarə Heyətinin üzvü Əkrəm Bəydəmirli, Milli QHT Forumunun İdarə Heyətinin üzvü İradə Rizazadə, Bakı Müharibə, Əlil və Veteranları Birliyinin fəxri sədri, ehtiyatda olan polkovnik Telman Mehdiyev, Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Niyazi Quliyev və digər natiqlər Əkrəm Əylislinin bu inanılmaz hərəkətinə ictimaiyyətin sonsuz qəzəbini, hiddətini, nifrətini bildirdilər. Onlar eyni zamanda, dövlətçiliyimizin strateji mövqeyinə zərbə vuran bu əsəri, həmişə özlərini dövlətin qurucusu kimi qələmə verən müxalifət liderlərinin nümayiş etdirdikləri mövqeyin, Əkrəm Əylislinin mövqeyindən o qədər də fərqlənmədiyini qeyd etdilər. Bir sıra müxalifət liderlərinin, eləcə də özünü milli düşüncənin daşıyıcısı sayan bəzi media orqanlarının bu məsələdə tutduğu mövqeyin anlaşılan olmadığı, belə məsələlərə mütləq mövqe bildirməyin vacib olduğunu qeyd etdilər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info