Vergi sistemində “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq
Tarix: 16.11.2015 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Azərbaycanın vergi sistemində mütərəqqi yeniliklər tətbiq olunacaq. Bu yeniliklərdən biri də elektron vasitələrdən daha səmərəli istifadə edilməsidir.
Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar olaraq, elektron auditin aparılması üzrə qanunvericilik bazasının yaradılması və vergi ödəyicilərində mühasibat uçotunun elektron qaydada aparılmasına keçidin sürətləndirilməsi, audit sahəsində çalışan əməkdaşlara iş yerlərində ayrı-ayrı funksional sahələr üzrə e-audit, e-mühasibat və informasiya texnologiyaları sahəsində təlim proqramlarının təşkili nəzərdə tutulur.
Qabaqcıl beynəlxalq təcrübələr öyrənilərək “Elektron cinayət işi” konsepsiyası hazırlanacaq və tətbiqi ilə bağlı mövcud qanunvericiliyə əlavə və dəyişikliklər ediləcək. Bununla yanaşı, vergidən yayındırılan dövriyyələrin aşkar olunması ilə əlaqədar mənəvi cəhətdən köhnəlmiş nəzarət-kassa aparatlarının daha müasir avadanlıqlarla əvəz edilməsi üzrə təkliflərin verilməsi, əhalinin nağd ödənişlər zamanı çek tələb etmələri üçün stimullaşdırıcı tədbirlərin (lotereyalar, bonus kampaniyaları və s.) həyata keçirilməsi planlaşdırılır.
Vergi potensialının qiymətləndirilməsi və proqnozlaşdırılması modelləri sisteminin tətbiqi, onun müvafiq proqram paketi ilə təmin olunması, vergi orqanları tərəfindən nəzarət edilməsi nisbətən çətin olan peşələr üzrə (ev təmiri ilə məşğul olan ustalar, bağbanlar, dayələr, ev qulluqçuları və digər oxşar peşələr), habelə digər sahələrdə vergidən yayınma hallarının minimuma çatdırılması məqsədilə ictimai nəzarətin gücləndirilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi istisna olunmur.
Qeyd olunub ki, vergi sistemində tədris və təlim prosesinin yüksəldilməsi məqsədilə vergi orqanları əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması prosesində müasir informasiya texnologiyalarından istifadə etməklə beynəlxalq təlim metodlarının tətbiqi mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin cəlb olunmasını tələb edir.
Vergi sisteminin inkişafı və hüquqi təminatına dair aktual elmi-tədqiqat və araşdırma işlərinin genişləndirilməsi, Vergilər Nazirliyinin Tədris Mərkəzinin bazasında Regional Təlim və Tədqiqat Mərkəzinin yaradılması, əməkdaşların peşə hazırlığı prosesində elektron təhsil sisteminin tətbiqi istiqamətində də işlər davam etdiriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info