“Milli Onkologiya Mərkəzinin simasında biz etibarlı tərəfdaş tapdıq”
Tarix: 16.11.2015 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


“Milli Onkologiya Mərkəzində yaradılmış şərait bizdə böyük təəssürat oyatdı. Yəni mərkəz tibb texnikası, mobil diaqnostika kompleksi, o cümlədən ən müasir avadanlıqla təchiz edilib. Bu gün əyani gördüyümüz bütün bunlar Azərbaycan hökumətinin ölkənin səhiyyə sahəsinə ciddi investisiyalar yatırdığını göstərir. Zəngin maddi-texniki bazaya və kadr potensialına malik Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar”.
Bu sözləri jurnalistlərə müsahibəsində MD Anderson Xərçəng Mərkəzinin vitse-prezidenti Oliver Boqler deyib.
O, Milli Onkologiya Mərkəzi və MD Anderson Xərçəng Mərkəzi arasında imzalanmış uzunmüddətli əməkdaşlıq müqaviləsi haqqında da fikirlərini bölüşüb. Oliver Boqler deyib: “Onkoloji mərkəzlər arasında sıx əməkdaşlıq yaranıb. Belə ki, cari ildə martın 14-15-də Mərkəzin nümayəndələri Azərbaycanda olublar və Azərbaycan Milli Onkologiya Mərkəzi ilə birlikdə Bakıda onkologiyanın aktual problemlərinə həsr olunmuş konfrans keçiriblər. Bundan başqa, bu il ərzində MD Anderson Xərçəng Mərkəzinin nümayəndələri Milli Onkologiya Mərkəzinin apardığı tədqiqatlarla tanış olublar. Onlar burada çox mürəkkəb cərrahiyyə əməliyyatlarının, habelə ciddi elmi tədqiqatların aparıldığına əmin olaraq, Milli Onkologiya Mərkəzi ilə uzunmüddətli əməkdaşlıq haqqında müqavilənin imzalanmasına maraq göstəriblər. Bununla yanaşı, təcrübə mübadiləsi proqramı çərçivəsində MD Anderson Xərçəng Mərkəzinin mütəxəssisləri Milli Onkologiya Mərkəzinə gələcəklər.
Məlumdur ki, onkoloji xəstəliklər XXI əsrin ən geniş yayılmış xəstəlikləri sırasındadır və buna görə də bizim Mərkəz bu qorxulu xəstəliyə qarşı mübarizə üçün dünyada tərəfdaşlar axtarır. Qətiyyətlə deyə bilərəm ki, Milli Onkologiya Mərkəzinin simasında biz etibarlı tərəfdaş tapdıq”
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info