Camal Quliyev: “Gəmiricilərə qarşı mübarizə tədbirləri davam edir“
Tarix: 16.11.2015 | Saat: 15:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası ərazisində siçanabənzər gəmiricilərə qarşı aparılan kimyəvi mübarizə tədbirləri bu ilin noyabr ayında da davam etdirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin mətbuata verdiyi məlumata görə, Dövlət Xidməti tərəfindən noyabr ayı ərzində siçanabənzər gəmiricilərin say miqdarını müəyyən etmək məqsədilə ölkə üzrə ümumilikdə 47662 hektar sahədə müşahidə aparılıb və 25381 hektar sahədə gəmiricilərlə sirayətlənmə qeydə alınıb: "Zərərvericilərin sayı İqtisadi Ziyanvurma Həddindən (İZH) yüksək olan 7214 hektar sahədə dövlət büdcəsi hesabına kimyəvi mübarizə tədbirləri həyata keçirilib".
Dövlət Xidməti rəisi qeyd edib ki, siçanabənzər gəmiricilərin yayılması daha çox Ağdam, Qəbələ, Şəki, Ağcabədi, Tər-Tər, İsmayıllı, Qusar, Quba, Balakən, Zaqatala və Şamaxı rayonlarında qeydə alınıb və kimyəvi mübarizə tədbirləri görülüb.
Onun sözlərinə görə, cari ildə yem ehtiyatlarının artması və iqlim şəraitinin əlverişli olması səbəbindən siçanabənzər gəmiricilərin populyasiyasında ötən ilə nisbətən artım müşahidə olunur: "Eyni zamanda, işğal altında olan ərazilərdən həmsərhəd rayonlara gəmiricilərin miqrasiyası müşahidə olunur".
Camal Quliyev zərərvericilərə qarşı mübarizədə aqrotexniki tədbirlərin rolunun böyük olduğunu diqqətə çatdırıb: "Əkin sahələri vaxtında şumlandıqda, becərildikdə, suvarıldıqda, məhsul vaxtında və itkisiz yığıldıqda, yuvalarda olan gəmiricilər məhv olur. Dövlət Fond torpaqlarında fitosanitar balansın pozulmasında siçanabənzər gəmiricilərin xüsusi rola malik olduğunu, 2015-ci ildə onların çoxalması üçün əlverişli şəraitin yarandığını nəzərə alan Dövlət Xidməti gəmiricilərin artım dinamikasına nəzarət edilməsi məqsədilə zəruri tədbirləri həyata keçirir və fitosanitar sabitliyi qoruyub saxlayır".

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info