Amerikalı onkoloqlar Milli Onkologiya Mərkəzində müalicə proseslərinə qatılacaqlar
Tarix: 16.11.2015 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Noyabrın 15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında müqavilə imzalanıb.
Müqaviləni Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və MD Anderson Xərçəng Mərkəzinin vitse-prezidenti Oliver Boqler imzalayıblar.
Texas Universitetinin MD Anderson Xərçəng Mərkəzi ABŞ-ın üç ən böyük onkologiya mərkəzindən biridir. Bu Mərkəz ABŞ-ın iki iri elmi-tədqiqat yönümlü ali tibb məktəbi ilə birləşmiş bir neçə xəstəxana kompleksindən biridir. 2014-cü ildə MD Anderson Xərçəng Mərkəzi “U.S. News & World Report” jurnalında dərc olunmuş “Ən yaxşı xəstəxana” araşdırmasında onkoloji xəstəliklərin müalicəsi üzrə lider olub. MD Anderson Mərkəzi, təkcə ABŞ-ın deyil, dünyanın ən yaxşı onkoloji xəstəxanalarından biri hesab edilir.
Qeyd edək ki, ABŞ-ın MD Anderson Xərçəng Mərkəzinin əməkdaşları bu il martın 14-də Bakıda Milli Onkologiya Mərkəzi ilə birgə konfrans təşkil ediblər. Konfrans zamanı MD Anderson Xərçəng Mərkəzinin əməkdaşları Milli Onkologiya Mərkəzinin kliniki fəaliyyəti ilə yaxından tanış olaraq, apardığı elmi araşdırmaları və tədqiqatları yüksək qiymətləndiriblər. Sonrakı dövrdə amerikalı onkoloqlar Milli Onkologiya Mərkəzində aparılan mürəkkəb cərrahiyyə və endoskopik əməliyyatları, ciddi elmi tədqiqatları təhlil edərək müqavilə bağlamağa qərar veriblər. Mərasimdə çıxış edən akademik Cəmil Əliyev Azərbaycanda onkologiya sahəsində dövlətimizin başçısının rəhbərliyi ilə mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib. Müqavilə Azərbaycan Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın digər lider klinikaları tərəfindən qəbul olunmasını təsdiq edir. Müqavilə eyni zamanda tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa müddətdə gətirilməsinə, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına imkan verəcək. Nəticədə ölkə əhalisinə göstərilən onkoloji xidmət daha yüksək səviyyədə olacaq. ABŞ-ın dünya şöhrətli MD Anderson Xərçəng Mərkəzinin Milli Onkologiya Mərkəzinin müasir fəaliyyətini təqdir edərək onunla əməkdaşlıq etmək istəyi, təkcə ölkə səhiyyəsinin deyil, son illər davamlı inkişafda olan Azərbaycanın çox böyük uğurudur: “Şübhə yoxdur ki, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üzrə təcrübələrin, elmi işlərin, standartların müxtəlif ölkələrin mütəxəssisləri arasında mübadiləsi ölkəmizdə tibbi xidmətin və əhalinin sağlamlığının qorunmasının keyfiyyətinin daha da artırılmasına xidmət edəcək”.
Müqaviləyə əsasən azərbaycanlı mütəxəssislər MD Anderson Mərkəzində təcrübə keçməyə göndəriləcək, amerikalı onkoloqlar isə Milli Onkologiya Mərkəzində müalicə-profilaktika proseslərində iştirak edəcəklər. Milli Onkologiya Mərkəzinin məqsədi xərçəng xəstəliyinin qarşısını almaq və onkoloji xəstələri yüksək keyfiyyətli müalicə ilə təmin etməkdir. Müqavilə Milli Onkologiya Mərkəzinə həmin hədəflər üzrə MD Anderson Xərçəng Mərkəzi ilə birgə fəaliyyət göstərməyə və onkologiya sahəsində mühüm nəticələr əldə etməyə imkan verəcək.
O. Boqler isə deyib ki, Azərbaycan Milli Onkologiya Mərkəzi ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi ilə bir səviyyədədir, onkoloji xəstələrə göstərilən tibbi xidmətlər və aparılan elmi araşdırmalar sahəsində ondan heç də geri qalmır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info