“Dindən siyasi məqsədlər üçün istifadə cəhdlərinə qarşı kəskin müqavimət göstəririk”
Tarix: 16.11.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dindən siyasi məqsədlər üçün istifadə etmək istəyən insanlara, qruplara xəbərdarlıqla bağlı müraciət edib.
M.Qurbanlı bildirib ki, kimlərinsə dindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərmələrinə imkan verilməyəcək: “Bəzi qruplar dini siyasiləşdirməyə, din adı altında öz siyasi məqsədlərini ortaya qoymağa çalışırlar. Biz bir daha dindən siyasi məqsədlər üçün istifadə etmək istəyən insanları, qrupları xəbərdar edirik. Onlara bildiririk ki, bu, doğru yol deyil və bu cür hərəkətlər onlar üçün xoşagəlməz nəticələr verəcək. Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunlar var. Ona görə də bütün şəxslərimiz - istər dini ayinləri daimi icra edənlər, istər məscidə, istərsə də digər dini məbədlərə gedənlər - onların hamısı bu qanunlara əməl etməlidirlər. Kimlərsə dindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərəcəksə, biz buna imkan verməyəcəyik. Cəmiyyət də buna imkan verməməli, media da bunun qarşısında dayanmalıdır”.
M.Qurbanlı deyib ki, əgər kimsə - istər fərd şəklində, istərsə də qrup şəklində siyasi məqsədlərini, siyasi iddialarını ortaya qoymaq istəyirsə, onlar “Siyasi partiyalar haqqında” qanuna müvafiq olaraq, siyasi partiya yaradaq siyasi fəaliyyət göstərməlidirlər.
Komitə sədri qeyd edib ki, din siyasi mübarizədə bir alətə çevrilə bilməz.
Dinin mənəviyyatla, mədəniyyətlə, insanların tarixi, onların adət-ənənələri ilə bağlı olduğunu vurğulayan M.Qurbanlı dinin siyasi məqsədlər üçün istifadəsinin yolverilməz olduğunu deyib: "Azərbaycanda dövlət dindən ayrıdır və din insanların daxili aləmdir, azad seçimidir. Dindən siyasi məqsədlər üçün istifadə cəhdlərinə qarşı kəskin müqavimət göstəririk və göstərəcəyik. Azərbaycanın qanunları, Konstitusiyası, dövlətimizin milli maraqları, ənənələri var. Ölkəmiz hansısa teokratik dini dövlətlərin modelinin buraya daşınmasına imkan verməz. Azərbaycan dünyəvi dövlətdir. Dünyəviliyimizi qorumaq üçün bu cür halların qarşısı qanunların sərtliyi ilə alınacaq. Azərbaycanda din pərdəsi altında öz siyasi iddialarını, məqsədlərini təbliğ etmək istəyənlərin cəhdlərinin qarşısı alınacaq”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info