Petisiyaya imzanı davam etdirin
Tarix: 14.02.2013 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Yanvarın 26-da Amerikada yaşayan azərbaycanlılar ABŞ prezidenti administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin rəsmi internet səhifəsində petisiya yerləşdirib.
"Biz xalqıq" (We the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur. Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədilə yaratdığı "Biz xalqıq" ("We the People") səhifəsində yerləşdirilmiş petisiyanın nəzərdən keçirilməsi üçün ona 2013-cü il fevralın 25-ə qədər 100 min adamın imza atması tələb olunurdu. Xocalı soyqırımının tanınmasına dair yerləşdirilmiş petisiyaya toplanılan imzalar fevralın 12-də saat 17:40-da 100.000 imza limitini keçib. Lakin buna baxmayaraq hələ də imza atanların sayı artmaqdadır. Qeyd edək ki, bu petisiya hazırda Ağ evin internet səhifəsində olan 238 petisiya içərisində topladığı imzaların sayına görə ikinci sıradadır. Diasporla İş üzrə Dövlət Komitəsi imzatoplama kampaniyasının təşkilində yüksək fəallıq göstərmiş Dünya Azərbaycanlı Gənclər Birliyinə, petisiyanın yerləşdirilməsi təşəbbüsünü irəli sürən Amerika Azərbaycanlıları Şəbəkəsinə, bu prosesə fəal dəstək vermiş Azərbaycan diasporunun üzvlərinə, qeyri- hökumət təşkilatlarına, petisiyaya imza atan hər kəsə dərin təşəkkürünü bildirir. Qeyd edilir ki, petisiyanın tələb olunan imza limitinin qısa vaxt ərzində tamamlanmasında kütləvi informasiya vasitələrinin apardığı uğurlu təbliğatın rolu həlledici olub. Dövlət Komitəsi bütün kütləvi informasiya vasitələrinə, qeyri-hökumət təşkilatlarına və ictimaiyyətə müraciət edərək Ağ Evin internet səhifəsində yerləşdirilmiş Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalının tanınmasına dair petisiyanın imzalanması prosesində fəal iştirak etməyə çağırır. Petisiyaya imza atmaq üçün bu linkdən istifadə etmək mümkündür: ()
NIGAR




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info