“QHT Məktəbi”nin professional QHT işçilərinin formalaşdırılmasında xidmətləri olacaq”
Tarix: 16.11.2015 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm və Menecment Universiteti və Gənclər üçün Təhsil Mərkəzi –nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “QHT Məktəbi” Qış proqramı üzrə ilk təlimlərinə başlayıb.
Təlim proqramını giriş sözü ilə açan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov müasir dövrdə Azərbaycanda vətəndaş cəmiyyəti institutları və qeyri-kommersiya qurumları üçün təlim proqramlarının və kadr potensialının formalaşdırılmasının əhəmiyyəti barədə çıxış edərək təlim iştirakçılarına Universitetin inkişaf tarixi, gələcək hədəfləri, tədris prosesi və həyata keçirilən işlər barədə ətraflı məlumat verib.
Layihə koordinatoru Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, bu gün ölkəmizdə digər sahələrdə olduğu kimi QHT-lərə də təcrübəli kadrlar lazımdır. Çünki bu təşkilatlarda yaxşı menecment, maliyyə davamlılığının qorunması, ictimai əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, kargüzarlıq və s. istiqamətlər üzrə konkret şəxslərin formalaşması nəinki QHT-nin öz inkişafına, ümumilikdə vətəndaş cəmiyyətinin ciddi imicinin formalaşmasına kömək edir .
Daha sonra Azərbaycan Turizm İnstitutunun prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov tərəfindən ilk təlim keçirilib. O, iştirakçılara QHT fəlsəfəsi mövzusunda nəzəri və praktiki biliklər verib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info